SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ƏRDOĞAN RUSİYANI SƏRT TƏNQİD ETDİ

9-01-2016, 10:59 | Oxunub: 7 259 |

ƏRDOĞAN RUSİYANI SƏRT TƏNQİD ETDİ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD terrorçuları tərəfindən İraqın şimalında Türkiyə hərbi kontingentinin olduğu Başika təlim düşərgəsinə hücum faktına münasibət bildirib.

"EMTV.az" xəbər verir ki, Ərdoğan hadisə zamanı 18 terrorçunun məhv edildiyini söyləyib:

"Bu durum Başika düşərgəsi ilə bağlı atdığımız addımın nə qədər doğru olduğunu göstərir. Oradakı əsgərlərimizin və yerli qüvvələrə təlim keçən zabitlərimizin bu tip hadisələrə nə qədər hazırlıqlı olduğu da ortadadır. Yaxın keçmişdə İraq onların əsgərlərinə təlim keçməyimizi istəmişdi. Baş nazir İbadinin Türkiyəyə səfəri zamanı bunları danışmışdıq. Bizə təlim düşərgəsi üçün yer göstərən də onlar olub. Amma Rusiya ilə Türkiyəarasında problem yarandıqdan və Bağdadda İraq, Rusiya, İran və Suriya tərəfindən ortaq mərkəz qurulduqdan sonra vəziyyət mənfiyə doğru dəyişdi. Hazırda biz beynəlxalq hüquq nəyi tələb edirsə, ona əsasən hərəkət edirik”.


Ərdoğan Rusiyanı da sərt tənqid edib:


"Rusiya deyir ki, bizi Suriya hökuməti ora çağırdı. Hazırkı Suriya hökuməti legitim deyil axı. "BMT o cür qəbul edir” deyirlər. Qəbul edə bilər, amma siz hər çağırıldığınız yerə getmək zorunda deyilsiniz. Vaxtilə Gürcüstana niyə girdiniz? Çağırıldığınız üçün girdiniz? Nə işiniz vardı Gürcüstanda?! Ukraynaya çağırıldığınız üçün girdiniz? Niyə girdiniz Ukraynaya?! Suriyada İŞİD-ə qarşı mübarizə apardıqlarını bildirirlər. Xeyr, hazırda Rusiya Suriyada İŞİD-ə qarşı mübarizə aparmır. Tam əksinə, orada mötədil müxaliflərə qarşı, üstəlik, bizim türkmən soydaşlarımıza qarşı bombardman həyata keçirir. Dünən Bayırbucak türkmənlərini qəbul etdim, hamısı kəndlərinin bombardman altında olduğunu söyləyir. Təəssüf ki, vəziyyət bundan ibarətdir, lakin ciddi dezinformasiya ilə dünyanı aldatmağa çalışırlar”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR