SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"BİZ PUTİNİ ARXADAN VURMARIQ"- RƏCƏB TAYYİB ƏRDOĞAN

14-12-2015, 12:55 | Oxunub: 8 617 |

"BİZ PUTİNİ ARXADAN VURMARIQ"- RƏCƏB TAYYİB ƏRDOĞAN
"Heç bir ölkə bölgədə gərginliyin artmasını istəmir. Hansı ölkəyə, millətə məxsus olduğu bilinməyən təyyarənin dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən sərhədi pozması nəticəsində belə bir hadisə yaşandı. Bu vəziyyətin yaranması düşündürücüdür, təəssüfedicidir. Belə hadisə ilə qarşı-qarşıya gəlməyi arzu etməzdik".

"EMTV.az"
mətbuatın məlumatına əsasən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Ərdoğanın sözlərinə görə, xəbərdarlıqlara qulaq asmayan, fikir verməyən bir pikotun səhvi ucbatından baş verən hadisə iki ölkə arasındakı əlaqələrə, üstəlik strateji münasibətlərə təsir etməməlidir. Prezident Rusiya ilə gərginliyin qısa müddətdə aradan qalxacağına ümid etdiyini bildirib.

Ərdoğan son günlər mətbuatda yayılan "Ərdoğan və Putinə tələ quruldu?" başlıqlı xəbərlərə də münasibət bildirib: "Bu məlumatların nəyə əsaslanaraq yazıldığını başa düşməkdə çətinlik çəkirəm. Mediada istehsal edilən ssenariləri, şərhləri anlamaq mümkün deyil".

Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinin Ankaraya qarşı sərt açıqlamalarını xatırladıb və bildirib ki, iki ölkə arasında yaranan gərginlik diplomatik yolla həllini tapmalıdır.
"Putin məni yaxşı tanıyır. O yaxşı bilir ki, biz arxadan bıçaq vurmarıq. Putin istər Türkiyə səfərində, istərsə də daha əvvəllər də görüşümüzdə mənə qarşı çox müsbət fikirdə olub. Dolayısı ilə Putinin hadisə baş verəndən dərhal sonra hissi davranaraq açıqlamalar verdiyini düşünürəm. Vəziyyətin daha da gərginləşməsinə fürsət vermədən diplomatik yollarla məsələni həll etmək, bundan əvvəlki münasibətlərimizi bərpa etmək lazımdır", deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti bundan əvvəl isə Putinə sərt xəbərdarlıq etmişdi. Ərdoğan bildirmişdi ki, Türkiyə heç bir halda hissləri ilə addım atmayıb və bundan sonra da atmayacaq: "Bütün dünya haqlı olduğumuzu qəbul edir. Rusiya isə həddindən artıq kəskin reaksiya verir. Biz bunu təəssüflə izləyirik. Əgər Rusiya bu təpkilərini davam etdirəcəksə, biz də öz tədbirlərimizi həyata keçirmək məcburiyyətində qalacağıq".

Noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı Suriya ilə sərhəddə Rusiyaya məxsus bombardmançı təyyarəni vurub. Türkiyə tərəfi Su-24 təyyarəsinin sərhədi pozduğuna görə vurulduğunu bəyan edib. Rusiya tərəfi isə təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR