SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“KƏND TƏSƏRRÜFATI İLİ”nə LAYİQLİ TÖHFƏ

30-12-2015, 11:02 | Oxunub: 10 046 |

“KƏND TƏSƏRRÜFATI İLİ”nə LAYİQLİ TÖHFƏ

Naxçıvanın çoxçeşidli təbii iqlim potensialı torpağın bərəkətini, məhsuldarlığını daha da artıraraq kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli şərait yaradır.

"EMTV.az" xəbər verir ki, Tarixən burada əhalinin əsasən kənd təsərrüfatı ilə məşğul olması torpaqlardan səmərəli istifadəyə diqqəti artırmış və iqtisadiyyatın bu sahəsinin davamlı inkişafına xüsusi diqqət yetirilmişdir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatların həyata keçirilməsi ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da uğurla aparılır.

Belə ki, muxtar respublikada dinamik sosial-iqtisadi siyasət nəticəsində kənd təsərrüfatında artıq xeyli müddətdir yerli istehsal hesabına əhali mühüm ərzaq məhsulları ilə təmin edilir. Xüsusən də, son dövrdə çoxsaylı meliorativ tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatında çalışanlara müxtəlif təyinatlı güzəştli kreditlərin verilməsi, yeni texnika və avadanlıqların gətirilərək əlverişli lizinq şərtləri ilə paylanması, çoxsaylı satış yarmarkalarının təşkili və digər analoji tədbirlər bu sahəyə olan marağı xeyli artırmışdır.
Təsadüfi deyil ki, kənd təsərrüfatının inkişafına təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı reallaşdırmaq, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialının geniş təbliği məqsədilə 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan olunmuşdur.
2014-cü il dekabr ayının 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin IV çağırış 10-cu sessiyasında 2015-ci il Naxçıvan Muxtar Respublikasında da “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu baxımdan Elnur Bağırovun 2015-ci ildə yeni nəşr olunan “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı” kitabı aqrar sahənin inkişafına layiqli töhfədir. “Kənd təsərrüfatı ili”nə həsr olunan və geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrdə muxtar respublikanın kənd təsərrüfatı ardıcıl və mərhələli şəkildə tədqiq edilmişdir. Kitabda bu sahənin hazırkı vəziyyəti, inkişaf perspektivləri, indiyədək keçdiyi tarixi yol araşdırılmış, aqrar sektorun müxtəlif bölmələri həm kompleks şəkildə, həm də ayrı-ayrılıqda təhlil edilmişdir.
Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadə, elmi məsləhətçisi iqtisad üzrə elmlər doktoru, professor Ağarza Rüstəmov, rəyçiləri iqtisad üzrə elmlər doktoru, professor İsa Alıyev və iqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlıdır.
Məlumdur ki, kənd təsərrüfatı istənilən cəmiyyətdə ictimai-siyasi və sosial-iqtisadi sabitliyin təmin edilməsində mühüm rol oynayır. O həm də özünün çoxfunksiyalılığı ilə səciyyələnərək, mühüm maddi istehsal sahəsi kimi əhalinin gəlirlərinin artması, onların səmərəli məşğulluğunun təmin edilməsi, tarazlı ekoloji mühitin qorunub saxlanılması, təbii-üzvi landşaftların mühafizəsi və digər vacib vəzifələri yerinə yetirir. Həmçinin kənd təsərrüfatı və onunla qarşılıqlı əlaqəyə malik bütün digər sahələrin inkişafı iqtisadi baxımdan aqrar sektorun fəaliyyəti ilə bağlıdır. Bir məqamı da vurğulamaq yerinə düşər ki, emal sənayesinin inkişafında da əsas və ən mühüm xammal bazası məhz kənd təsərrüfatıdır.
Bütün bunları nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasında əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədilə aqrar sahədə ardıcıl və kompleks tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə görülən kompleks tədbirləri yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: “Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur”.
Kitabın “Naxçıvan Muxtar Respublikasının təbii-iqlim şəraiti və torpaq ehtiyatları” adlanan birinci fəslində muxtar respublikanın coğrafi mövqeyi, relyefi, geoloji quruluşu, faydalı qazıntıları, iqlimi və daxili suları, həmçinin torpaq quruluşu və bölgüsü məsələləri ətraflı və konkret statistik rəqəmlərlə verilmişdir.
“Naxçıvanda kənd təsərrüfatının inkişafı tarixindən” adlanan ikinci fəsildə isə Naxçıvanda aqrar sektorun inkişafının Heydər Əliyev mərhələsi, həmçinin ölkəmizin müstəqillik dövründə kənd təsərrüfatının vəziyyəti tədqiq olunmuşdur.
“Naxçıvan Muxtar Respublikasında aqrar islahatlar və yeni təsərrüfat strukturunun formalaşması” adlı üçüncü fəsildə aqrar sektorda yeni mülkiyyət münasibətlərinin formalaşdırılması və burada torpağın özəlləşdirilməsi, həyata keçirilən torpaq islahatları və onların nəticələri, həmçinin kənd təsərrüfatının mövcud sahə strukturunun formalaşması məsələləri şərh olunmuşdur.
“Aqrar sahədə dinamik yüksəliş və iqtisadi artım”la kitabın dördüncü fəslində tanış olmaq mümkündür. Burada Naxçıvan iqtisadiyyatının dinamik inkişafı fonunda aqrar sahənin yeri və dayanıqlı inkişaf istiqamətləri, müasir mərhələdə regionun kənd təsərrüfatında iqtisadi inkişaf xüsusiyyətlərinin təhlili və qiymətləndirilməsi, həmçinin sürətli artımın başlıca amili hesab edilən dövlət dəstəyinin əsas meyilləri və inkişaf istiqamətləri göstərilmiş, son 20 il ərzində Naxçıvan Muxtar Respublikası iqtisadiyyatındakı tərəqqinin geniş təhlili verilmişdir.
Nəfis tərtibatla çap edilmiş kitabda muxtar respublikada aqrar sahənin inkişafı müxtəlif şəkil, cədvəl və sxemlərlə oxucuya çatdırılmışdır.

Mehdi BAĞIROV

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR