SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ULU ÖNDƏRİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR ABŞ-DA XEYRİYYƏ AKSİYASI

12-12-2015, 12:32 | Oxunub: 9 144 |

ULU ÖNDƏRİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR ABŞ-DA XEYRİYYƏ AKSİYASI
ABŞ-ın Merilend ştatının ən böyük xeyriyyə təşkilatı olan Merilend Qida Bankına ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü ilə əlaqədar Azərbaycan tərəfindən ianə edilib.

"EMTV.az"
xəbər verir ki, Qida Bankının hökumətlə əlaqələr üzrə direktoru Nensi Smitlə görüşü zamanı Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov artıq üçüncü ildir ki, bu xeyriyyə aksiyasının Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinin yad edilməsi çərçivəsində keçirildiyini bildirib. O, Ulu Öndərin sosial inkişaf və Azərbaycan xalqının rifahına daim göstərdiyi böyük qayğı barədə danışıb. Heydər Əliyevin siyasətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu sosial siyasət nəticəsində ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdığı, həmçinin yoxsulluq səviyyəsinin kəskin dərəcədə azalaraq 5 faizə düşdüyü diqqətə çatdırılıb. Diplomat Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilmiş bir milyon azərbaycanlıya hökumət tərəfindən göstərilən qayğıdan söz açıb, onların yeni evlərlə təmin olunması üzrə müvəffəqiyyətlə həyata keçirilmiş proqramlar barədə məlumat verib.

N.Smit təmsil etdiyi təşkilat adından Azərbaycan Hökumətinə dərin minnətdarlığını bildirib. Azərbaycan xalqının Ümummilli Liderinin anım günü ilə bağlı Merilend Qida Bankına ölkəmizin yardımının artıq çox gözəl bir ənənəyə çevrildiyini vurğulayan N.Smit bunun çox yüksək qiymətləndirildiyini söyləyib. O bildirib ki, 1979-cu ildən fəaliyyət göstərən Merilend Qida Bankı vasitəsilə hər il ehtiyacı olan yüz minlərlə amerikalıya qida məhsulları paylanılır. Bundan əlavə, təşkilat tərəfindən buraya müraciət edənlərin gələcəkdə işlə təmin olunmaları üçün müxtəlif təlimlərin keçirildiyi, ümumiyyətlə bu təşkilatın məqsədinin ehtiyacı olan insanların yalnız qida ilə təmin edilməsi deyil, onların cəmiyyətə və tam normal həyata qayıtmasına yardım edilməsi olduğu diqqətə çatdırılıb.

Sonra diplomata Merilend Qida Bankının Baltimor şəhərində yerləşən kompleksi barədə məlumat verilib
ULU ÖNDƏRİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR ABŞ-DA XEYRİYYƏ AKSİYASIULU ÖNDƏRİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR ABŞ-DA XEYRİYYƏ AKSİYASI

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR