17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Nazir məzunları təbrik etdi
Təhsil naziri Ceyhun Bayramov bu gün "Son zəng"i Qubadlı rayon Mirağa Əliyev adına Hal kənd tam orta məktəbinin şagirdləri ilə birgə qeyd edib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, məcburi köçkünlər üçün salınan yaşayış məskənində yerləşən məktəbin bu il 28 nəfər 11-ci sinif məzunu olub. Ümumilikdə isə məktəbdə 202 şagird təhsil alır.
"Son zəng" mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov məzunlara uğurlar arzulayıb:
"Əziz məzunlar, 11 il öncə kiçik yaşlı uşaqlar olaraq məktəbə qədəm qoydunuz. Bu illər ərzində ən sadə biliklərdən, davranış qaydalarından başlayaraq müxtəlif fənlərə yiyələndiniz. Müasir dünyada önəmli olan xarici fənləri öyrəndiniz. Bu gün siz artıq müstəqil həyata atılan gənclərsiniz. Siz savadlı olmağınızla Vətən qarşısında məsuliyyətimizi dərk edən hərtərəfli şəxslər kimi formalaşmısınız. Uğurlarınız çox olacaq. Belə olan təqdirdə valideynlərimiz üçün gözəl övladlar, müəllimlərimiz üçün nümunəvi şəxslər olacaqsınız və onların çəkdiyi əziyyəti cəmiyyətə qaytaracaqsınız".
Seymur Rəhimov
Emtv.az