SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Fətullah Gülən intihara cəhd edib? - Xəstəxanadan FOTO yayıldı

11-06-2019, 13:54 | Oxunub: 8 026 |

Fətullah Gülən intihara cəhd edib? - Xəstəxanadan FOTO yayıldı

"Türkiye gazetesi"nin yazarı Fuad Uğur 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdi təşkil etməkdə ittiham olunan FETÖ lideri Fətullah Gülənin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, müəllif "Fətullah Gülən niyə intihara cəhd etdi?" başlıqlı yazısında Gülənə aid olduğunu iddia etdiyi əl şəklinə də yer verib.

Onun sözlərinə görə, FETÖ-də Güləndən sonra ikinci şəxs olan, təşkilatın ABŞ-dakı kəşfiyyatının rəhbəri Mustafa Özcan onun tapşırıqlarına məhəl qoymayıb, buna görə də tərəflər Ramazan ayından öncə ciddi mübahisə ediblər: "Fətullah Gülən hər şeyin əlindən gedəcəyindən qorxaraq son oyununu oynamaq qərarına gəlib. O, öz ölümünün təşkilatın dağılması mənasına gəldiyini çox yaxşı bildiyindən Mustafa Özcanı özünü öldürməklə şantaj edib. Gülən bunu daha öncə də etdiyindən Özcan onun sözlərini ciddi qəbul etməyib".

Daha əvvəl FETÖ-də mühüm səlahiyyətləri icra etmiş Ümid Akdemirin verdiyi məlumatları yazısında qeyd edən F.Uğur Gülənin çoxlu sayda dərman içdiyini ehtimal edir:

"Lakin əldə etdiyim sonuncu məlumat inanılmazdır. Fətullah Gülən dediyini edib və intihara cəhd edib, son anda xilas edilib. Ümitə göndərilən aşağıdakı foto intihardan qurtarılan Fətullahın əlidir. Onun əlinə serum taxılıb və uzun müddət qaldığına görə göyərib.

Bəs Gülən intihara necə cəhd edib? Bu, onun inancına zidd deyilmi? Axı intihar etmək başqasını öldürməkdən daha ağır bir günahdır".

Uğur yazısında qeyd edib ki, hadisədən müəyyən müddət sonra Gülənin Ramazan bayramı münasibətilə çıxışı yayımlanıb. Adətən 35-40 dəqiqə davam edən ənənəvi çıxışı bu dəfə 5-6 dəqiqə gedib. O, ağappaq paltarda efirə çıxıb.

Nəzrin Abbaszadə
Emtv.az


Fətullah Gülən intihara cəhd edib? - Xəstəxanadan FOTO yayıldı
Fətullah Gülən intihara cəhd edib? - Xəstəxanadan FOTO yayıldı

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR