SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Sumqayıt məktəblərində şagirdlərdən Təhsil Şöbəsinin adı ilə “kraska”,gündəlik pulu yığılır - Məcburən

1-06-2019, 16:09 | Oxunub: 13 356 |

Sumqayıt məktəblərində şagirdlərdən Təhsil Şöbəsinin adı ilə “kraska”,gündəlik pulu yığılır - Məcburən

"Mətbuatda Sumqayıt məktəblərində başqa verən qanunsuzluqlara barədə məlumatlara da tez-tez rast olunur. Məlum olduğu kimi bu gün şəhər və rayonlarımızın orta məktəblərində müxəlif səbəb və bəhanələrlə mütəmadi olaraq külli miqdarda vəsaitlərin yığılması ümumilikdə ölkənin təhsil sisemini inkişafa aparan yolda əsas maneələrdən biri olaraq qalmaqdadır.

Bu xüsusda neqativ hallar bu gün Sumqayıt şəhərinin də bir çox orta məktəblərində müşahidə olunmaqdadır. Etiraf etmək lazımdır ki, bu gün məhz orta tədris müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının daha dərindən kök atması və daha uzun müddət tam cəzasızlıq şəraitində təzahür etməsi üçün hələ də çox əlverişli mühit mövcuddur".

Emtv.az xəbər verir ki,bu barədə yerli KİV-lərə göndərilən məqalədə deyilir. Daha sonra bildirilir:

"Bildiyiniz kimi ümumi təhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması Təhsil Nazirliyi tərəfindən qəti qadağan olunub. Təhsil naziri Ceyhun Bayramov hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirildiyi təqdirdə müvafiq şəxslər barədə ciddi tədbir görüləcəyini dəfələrlə bəyan edib.Dəfələrlə Təhsil Nazirliyi orta məktəblərdə qanunsuz olaraq hər hansı bir pul yığan müəllimləri cəzalandıracağını rəsmən vurğulayıb.

Amma nə fayda?! Sumqayıtda orta məktəblərin əksəriyyətində şagirdlərdən min cür adla pul yığılması adi bir hala çevrilib və görünən odur ki,heç kim də cəzalanmır və Təhsil Nazirliyinin tətbiq etdiyi qaydaların heç biri Sumqayıt məktəblərində işləmir. Təsəvvür edin ki, ilin sonunda belə Sumqayıtda direktor müəllimləri məcbur edir ki, şagirdlərdən hər uşaqdan 5-6 manat“kraska pulu”,gündəlik pulu üçün isə 2 manat pul yığsınlar.

Sumqayıtda uşaqlardan pul yığmaq sarıdan ən fəal məktəblər sırasında isə 28,24,33,34,26,27,15 nömrəli ,hətta "İstedad" liseyini və digər məktəbləri misal göstərmək olar.

Ən azından təhsil müəssisələrində uşaqlardan könüllü belə yox məcburi olaraq pul yığmaq,məktəbi marketə çevirmək ayıb deyilmi?!

Bildirlir ki,dövlət tərəfindən məktəblərin xərcləri üçün kifayət qədər vəsait ayrılsa da bu yüksək səviyyəli məmurlar tərəfindən yeyilir. Yoxsa uşaqlardan məktəbin təmiri üçün “kraska” puluna nə ehtiyac var?!

Bu da gəlib sonda uşaqların ,onların valideyinlərinin başında çatdayır.Bazar açılan yerdə isə hansı təhsildən,tərbiyədən, dərs davamiyyətdən, sağlam nəslin yetişdiliməsindən söhbət gedə bilər?!

Bildirlir ki,məktəb diretektorlarını bunu etməyə Sumqayıt Təhsil Şöbəsi məcbur edir.

İl boyu da Sumqayıt məktəblərində Fond pulu, süpürgə pulu, bilet pulu, şəkil pulu, hansısa tədbirlər üçün pul yığılması adi haldır.

Maraqlıdır, təhsil naziri Ceyhun Bayramov qərar verib ki, orta məktəblərdə pul yığılmasının qarşısı qətiyyətlə alınmalıdır,amma Sumqayıt məktəblərində direktorlar qanunlara rahatca və cəzasız məhəl qoymur.

Bir çox hallarda isə sinif rəhbərlərinin Valideyn Komitəsinin əli ilə pul yığımını həyata keçirən məktəb direktorları hər ay pul yığmağa bir bəhanə tapırlar.

Qanunsuz pul yığımı valideynləri boğaza yığsa da çoxu şikayət etmir.Çünki problemlə qarşılacaqlarından,bunun onlara başağrı gətirəcəyindən təzyiqə məruz qalmalarından ehtiyac edirlər. Valideynlərin əksəriyyəti uşaqları məktəbdə utanmasınlar deyə, “müəllim uşaqları gözüm-çıxdıya salacaq,cəhənnəmə verim“düşünüb çox vaxt pul yığımına susurlar.

Direktorlar elə ki, narazılıq edən valideynlərin şikayəti ilə üzləşir, müəllimləri qabağa verirlər. Buna görə müəllimlərə valideynlər üz-göz olurlar.

Təhsil Nazirliyi Sumqayıtda adıçəkilən bu məktəblərin fəaliyyətinin təftiş etmək istəsə, ciddi qanun pozuntuları aşkarlana bilər,cəzalanmalı çox direktor olar.Təbii ki,istəsə...

Əlbəttə Sumqayı məktəblərindəki direktorlar ittihamlara cavab olaraq,özlərini təmiə çıxardaraq deyəcək ki, “yox onlarda pul yığılmır,belə şey ümumiyyətlə ola bilməz “,amma təbii ki,onlar deməyəcək ki,”pul yığırıq əcəb edirik”.

Bunun üçün hüquq-mühafizə orqanları ,prokuroqlur,axır-əvvəl Təhsil Nazirliyi var axı...

Direktorlar çəkinmədən hətta Təhsil Nazirliyinin adından istifadə edərək onun adından pul yığmaqla məktəbdə bazar açırlar.

Bir çox məktəblər məhz bu səbəbdən kamera ilə təchiz olunmur.

Sumqayıt məktəblərində baş verən bütün bütün bu qanunsuzluqlar savadlı nəslinin yetişməsinə nəinki mane olur, genofondu məhv etmək,mənəviyyata zərbə deməkdir.

Təhsil naziri Ceyhun Bayramov ,Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Şirxan qızı Alızadə imkan varsa bu məsələni araşdırsanlar və uşaqlardan “kraska” pulu,gündəlik pulu bə yüzlər “nəsəpulu” yığımını dayandırılmasına,bu qanunsuzluğu edənlərin cəzalanmasına göstəriş versinlər.

Daha sonra dia.az onu da qeyd edib ki,maraq üçün onu da demək lazımdır ,məktəb gündəyini hər bir kəs gedib özü gələn dərs sezonunda və ya məktəb sezonu qurtaranda ala bilər.Özü də istədiyi qiymətə ,istədiyi yerdən,istədiyi cürə.Niyə valideyinlər gündəliyin mütləq məktəbdən alınmasına məcbur edilməlidirlər?!Əgər bir məktəbdə 1000 nəfərdən çox şagirdin təhsil almasını nəzərə alsaq “kraska pulu” (1000×5 = 5000 manat ) və gündəlik pulundan (1000× 2=2000 manat )təkcə,hələ o biriləri demirik,7 min manat yığılır ki,bunun da böyük hissəsi xeyirdir.Siz indi təsəvvür edin ki,Sumqayıtda 50 ümumtəhsil məktəb var və bu məktəblərdə dövriyyədə nə qədər pul-100 min manatlarla məbləğində qanunsuz pul dövr edir...

21-ci əsrdə Azərbaycan məktəblərində belə şeylərin baş verməsi biabırçılıqdır ki,bunların qarşısı alınmalıdır".

Emtv.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR