SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Beyləqan Maliyyə idarəsinin müdiri Asif Ağayevlə necə anlaşdı?

1-06-2019, 12:15 | Oxunub: 9 761 |

Beyləqan Maliyyə idarəsinin müdiri Asif Ağayevlə necə anlaşdı?

Samir Şərifovun işçisi icra başçısının ev işlərinə nəzarət edir Beyləqana icra başçısı təyin olunan Asif Ağayevin islahatlar apararaq xələfi Vaqif Abdullayevin kadrlarını təmizləyəcəyi gözlənilsədə, hələki bu baş vermir...

Emtv.az xəbər verir ki, Asif Ağayev xələfi Vaqif Abdullayevin kadrları ilə anlaşmağa başlayıb.

Belə ki, başçı ötən gün keçmiş meliorativ idarənin müdiri olan və bir çox adamlara pul atdığına görə Əhməd Əhmədzadə tərəfindən qovulan Məzahir Qanboyovu rayon Yaşıllaşdırma idarəsinin müdiri təyin edib.

İcra başçısının anlaşdığı kadrlardan biri isə Beyləqan Maliyyə idarəsinin müdiri İslam Allahverdiyev olduğu deyilir. Verilən məlumata görə işdən çıxarılacaq məmurlar siyahısının başında duran İslam Allahverdiyev heç kəsin ağlına gəlməyəcək dərəcədə icra başçısı ilə çox yaxın münasibət qura bilib. Bu münasibətlər o qədər “istiləşib” ki, hətta maliyyə idarəsinin müdirinin şəxsən başçıya yemək bişirdiyi deyilir.

Rayon icra hakimiyyətindəki mənbənin saytımıza verdiyi məlumatda iddia edilir ki, İslam Allahverdiyevlə Asif Ağayevin anlaşmasının səbəbkarı Sabirabad “KapitalBank”ının müdiri Sakit Zahidov olub. İcra başçısı Asif Ağayevlə həmyerli olan Sakit Zahidov həm də İslam Allahverdiyevlə qudadır. Asif Ağayev Beyləqan icra başçısı təyin edildikdən sonra Sakit Zahidov həmyerlisini təbrik etmək üçün ziyarətinə gəlib. “Kapital” Bankın Sabirabad filialının müdiri həmyerlisini təbrik etməklə bərabər həmdə qudası İslam Allahverdiyevi onunla tanış edərək xahişini edib.

Məlumata görə, Sakit Zahidovun qudasını başçıya tapşırmasından sonra İslam Allahverdiyev hər gün bir neçə dəfə başçının kabinetində olur. Hətta Asif Ağayev həmyerlisinin qudasına o qədər inanıb ki, icra başçısının evinin bazarlığını və bişirilən yeməklərə Samir Şərifovun Beyləqandakı işçisi nəzarət edir.

Daha sonra bizimxəbər.az onu da qeyd edib ki, Samir Şərifovun Beyləqandakı işçisi yaxın ətrafı ilə keçirdiyi məclislərdə Asif Ağayevin onunla çox yaxın münasibətlərə malik olduğunu və başçının bəzi məsələlərdə onunla məsləhətləşmələr apardığını belə dilə gətirməkdən çəkinmir. Hətta İslam Allahverdiyev birazda uzağa gedərək icra başçısının məmurlar arasında yalnız ondan pul aldığını deyib.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR