SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Sarrinin karyerasında ilk

30-05-2019, 15:37 | Oxunub: 4 145 |

Sarrinin karyerasında ilk

İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Maurisio Sarri karyerasında ilk titulunu qazanıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, o, buna ötən gecə Bakıda Londonun digər təmsilçisi "Arsenal"a qarşı keçirdikləri final matçında nail olub. Komandası 4:1 hesabıyla qalib gələn italiyalı mütəxəssis bununla ilk tituluna sahib çıxıb.

60 yaşlı məşqçi daha öncə öz ölkəsində - "Verona", "Peruca", "Qrosseto", "Alessandriya", "Sorrento", "Empoli" və "Napoli" kimi klublarda çalışsa da, onların heç biri ilə uğur qazana bilməyib. Amma 2018/19 mövsümünün əvvəlindən çalışdırmağa başladığı "Çelsi"dəki debüt ili Sarri üçün uğurlu alındı. Onun komandası İngiltərə Liqa Kubokunu da qazanmağa yaxın olmasına rəğmən, "Mançester Siti"yə finalda penaltilərlə uduzmuşdu (0:0, pen. 4:3). Amma Avroliqanın Bakı finalı təcrübəli mütəxəssis üçün tarixi uğurla yadda qalıb.

Mərhəmət Lələyev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR