SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Beyləqanda başçının adından pul yığan kimdir?

30-05-2019, 12:01 | Oxunub: 9 424 |

Beyləqanda başçının adından pul yığan kimdir?

Emtv.az xəbər verir ki,bölgələrdə yeni tikilib istifadəyə verilən və əsaslı təmir olunan məktəblər görüntülü kameralarla təchiz olunub.

Çoxdan mövcud olan məktəblərə video-kameraların quraşdırılması prosesi isə indi də davam etdirilir. Bu kameralar vasitəsilə istənilən an uşağın nə etdiyini və müəllimin onunla necə davrandığını izləmək mümkündü. O cümlədən, səsli kamera vasitəsi ilə müəllimlərin necə dərs keçdiyini və uşaqların dərsə hazırlığını görmək olur.

Video-kameralar məktəblərin idarə olunmasında mühüm rol oynayır. Müəllim və şagirdlərdə əlavə məsuliyyət hissi yaradır. Kamera izləmə xidməti olduğundan məktəblərdə uşaqların dərs məşğələləri qaydasında olur. Müşahidələr göstərir ki, kamera yerləşdirilən məktəblərdə nizam intizam digər məktəblərlə müqayisədə olduqca yaxşıdır.

Azərbaycanda orta təhsil pulsuz olduğundan, ümumtəhsil məktəblərinin maddi-texniki təchizatı, o cümlədən, video-kameraların quraşdırılması da dövlət hesabınadır. Bu tədbirin dövlətə neçəyə başa gəlməsi, dövlətə satılan texnikanın qiymətinin şişirdilib-şişirdilməməsi ayrı söhbətin mövzusudur.

Görünən odur ki, maliyyələşmə mənbəyi dövlət olsa da, təhsil məmurları video-kamera quraşdırılması üçün məktəblərdən pul yığdırırlar. İndiyədək saytımızda barəsində xeyli tənqidi məqalələr gedən Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinin icraçısı Tahir Həsənov da belə kampaniya aparır.

Daha sonra dia.az onu da qeyd edib ki,bütün məktəblərə kamera çəkilməsini direktorlardan tələb edən şöbə müdiri rayon icra hakimiyyətinin başçısının adından çıxış edərək hər məktəb rəhbərindən 700-1000 manat civarında pul yığır. Nəzərə alsaq ki, Beyləqanda 54 məktəb var, bu halda yığılacaq vəsait toplam 40-50 min manat təşkil edəcək.

Maraqıdır, kameralar dövlət hesabına quraşdırılırsa, Tahir Həsənov bu pultoplama kampaniyasına nə ad qoyur? Bəlkə vəd edir ki, indi pul verənlərin sabah hansısa səhvlərini əks etdirən görüntüləri kameraların yaddaşından sildirmək hüquqları olacaq? Nə bilmək olar – şər deməsən xeyir gəlməz.

Yazıda qeyd olunan faktlarla bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR