SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İmişli Mədəniyyət və Turizm idarəsində çalışan əlillərin əmək haqlarına edilən əlavə vəsait nə üçün verilmir?

24-05-2019, 11:00 | Oxunub: 8 457 |

İmişli Mədəniyyət və Turizm idarəsində çalışan əlillərin əmək haqlarına edilən əlavə vəsait nə üçün verilmir?

İmişli Mədəniyyət və Turizm idarəsi hələ 2015-ci ildə medianın gündəminə bu dövlət müəssisəsinə rəhbərlik edən Süleyman Bəşirovun maliyyə maxinasiyaları ilə gəldi. 2015-ci ildə Mədəniyyət və Turizm nazirliyindəki kollegiyanın nəticəsi olaraq İmişli Mədəniyyət və Turizm idarəsinin müdiri Süleyman Bəşirov nazirin müvafiq qərarı ilə vəzifədən azad edildi. Bir müddət sonra isə S.Bəşirovala bağlı işində yol verdiyi ciddi nöqsanlarla əlaqədar cinayət işi başlanıldı. Xatırladq ki, cinayət işi uzun müddət davam etsə də, mediaya məhkəmə araşdırmasının sonusu ilə bağlı hər hansı məlumat verilmədi. Bu hadisədən sonra nazirliyin təşəbbüsü ilə regional idarələr yarandı. İmişli rayon Mədəniyyət və Turizm idarəsi Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeçiliyinə verildi.


Emtv.az xəbər verir ki,ötən gün İmişlidəki mənbədən yerli mətbuata daxil olan məlumatda bildirilir ki, hal-hazırda da bu qurumda yenə də mənimsəmə hallarına yol verilir. Mənbənin bildirdiyinə görə Nazim Əzimovun rəhbərlik etdiyi idarədə II və III qrup əlillərdə çalışırlar.

Müvafiq qanunvericiliyə görə bu cür şəxslərə əmək haqqının 15-20%-i miqdarında əlavə vəsait verilməlidir. Lakin adının çəkilməsini istəməyən işçilərdən birinin verdiyi məlumata görə o artıq bir neçə ildir İmişli Mədəniyyət və Turizm idarəsində işləsə də, bu vəsaiti hələ ki, almayıb. Məsələyə aydınlıq gətirmək məqsədilə MTİ-nin baş mühasibi Elşən müəllimlə əlaqə saxlanıldı.

Elşən müəllim “mənim həmin vəsaitin son taleyi ilə bağlı hər hansı məlumatım yoxdur” – deyə bildirdi. Necə ola bilər ki, bir dövlət müəssisəsinin maliyyə işlərindən sorumlu olan şəxs əlilin əmək haqqına edilməli olan əlavənin son taleyindən xəbərsiz olsun?

Daha sonra conflict.az onu da qeyd edib ki, Kürdəmir Regional Mədəniyyət idarəsinə Elman Məmmədov rəhbərlik edir. Və cənab Məmmədovun nəzərinə onu da çatdırmağı özümüzə borc bilirik ki, Nazim Əzimov mütəmadi olaraq işçilərinə “öz hesabınıza məzuniyyətə çıxın” – deyə də təzyiq edir.

Sual olunur bəyəm məzuniyyət müvafiq qaydalara uyğun olaraq tənzimlənmirmi? Əgər belədirsə bəs bu istəyin səbəbi nədir cənab Əzimov? Suala Elman Məmmədovda cavab verə bilər.
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, mövqeylərini dərc etməyə hazırdı.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR