SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İmişlidə DÖVLƏTİN QAYĞISINDAN pul çıxarırlar...

20-05-2019, 15:32 | Oxunub: 11 591 |

İmişlidə DÖVLƏTİN QAYĞISINDAN pul çıxarırlar...

Emtv.az xəbər verir ki,ötən gün İmişlidəki mənbədən yerli KİV-lərə maraqlı bir foto daxil olub. Şəkər xəstəsi olan rayon sakini dövlət tərəfindən verilən test aparatını rayonda fəaliyyət göstərən apteklərdən birində satır. Hətta həkim olmayan vətəndaş belə anlayır ki, bədəndəki şəkərin qədərini müəyyən etmək üçün nəzərdə tutulan aparat əslində həyatı əhəmiyyətlidir.

Bildiyimiz kimi şəkər xəstələrində şəkərin enməsi və yüksəlməsi hər iki halda həyat üçün təhlükəlidir. Bəs belə olan təqdirdə nədən bir şəxs qiyməti o qədər də yüksək olmayan bir test aparatını satmaqla həyatını təhlükəyə salsın? Deməli şəxs xəstə deyil. Əgər xəstə deyilsə bəs necə olur ki, adam qeydiyyata alınır? Və o lazımı peraparatlarla təmin olunur. Conflict.az-ın əməkdaşı məsələ ilə əlaqədar İmişli MRX-də baş həkimin müavini vəzifəsində çalışan Elnur həkimlə əlaqə saxladı. Baş həkimin müavininin cavabı konkret oldu: biz xəstələrin o kimi işlərinə nəzarət edə bilmirik.

Doğrudur. MRX hər xəstənin səhiyyə müəssisəsindən sonrakı hərəkətlərinə nəzarət etməyə borclu deyil. Lakin xəstə olmayanları aşkarlamağa bilavasitə borcludur. Eyni zamanda həmin şəxslərin hansı yolla qeydiyyata düşmələrini araşdırıb üzə çıxarmaqdan da sorumludur. Çünki bu tip insanların hərəkətləri dövlət büdcəsinə yönəli addımdır. Bu isə iqtisadi cinayətdir.

Lakin İmişli MRX ilə bağlı məsələ bununla da yekunlaşmır. Rayondakı mənbədən yerli KİV-ə onu da bildirdilər ki, rayon Təhsil şöbəsində metodist vəzifəsində işləyən Sevdimalı Hüseynov bir müddət öncə insult keçirib. Uzun müddət paytaxtdakı tibb müəssisələrindən birində müalicə alan xəstə hal-hazırda ev şəraitində müalicəsini davam etdirir. S.Hüseynovun yaxınları onun xəstəliyinin ağırlığı səbəbi ilə xəstəliyi təsdiq edən sənədin - bülletinin vaxtının uzadılması məqsədilə MRX-nın həkim komissiyasının sədri Zakir Cəbrayılzadəyə müraciət ediblər. Komissiya sədri “artıq vaxtı gecikdirmisiniz” – deyə bülleteni imzalmaqdan imtina edir. Mənbənin bildirdiyinə görə xəstə yaxınlarının baş həkimə müraciəti də hər hansı bir nəticə vermir.

Bu zaman ortaya maraqlı nüans çıxır. Adam de-fakto yataq xəstəsidir. Yəni müstəqil hərəkət imkanları məhduddur. Belə olan təqdirdə Zakir Cəbrayılzadə nəyi əsas gətirərək vaxtın gecikdirilməsini səbəb olaraq göstərir? Adamın real durumu onun xəstəliyini təsdiq edən səbəb deyilmi? Əgər bir möhür və ya imza müqabilində hansısa marağın təmini güdülürsə, artıq burada ədalət prinsipi itir. Hippokrat andı içərək hətta xəstə düşmənə belə yardım öhdəliyi götürmüş həkimin sağlamlığı kiritik olan soydaşına bu qədər ədalətsiz yanaşması dəhşətverici faktordur. Belə çıxır ki, İmşlidə dünyasını dəyişmiş şəxs sağ ikən MRX-ya ölüm tarixi ilə bağlı məlumat verib sonra dünyasını dəyişməli idi? Axı bu mümkünsüzdür cənablar. Unutmayın ki, edilən hərəkətlər bumeranq xarakterlidir. Ölkənin səhiyyə sistemini labirintə salanda məhz bu kimi amillərdir. Görəsən İmişli MRX-nın baş həkimi Eynulla Qasımov bu səhiyyə müəssisəsinə rəhbərlik etdiyi müddətdən bəri funksiyasını özü üçün nə vaxt müəyyən edəcək?

Onu da xatırladaq ki, bir müddət öncə İmişli rayon uşaq poliklinikasında da eyni vəziyyət hökm sürürdü Belə ki, Mirzağa Mirişov adlı həkim xəstə uşaqlara epiqriz verməkdən imtina edirdi. Səbəb kimi “onsuz da bu sənəd keçərli deyil” – deyə məqsədli şəkildə bəhanələr gətirməklə, valideyinləri günlərlə get-gələ salır. Və bu halda da sual olunur: Əgər sənin imzaladığın sənəd keçərsizdirsə, bəs nədən o posta əyləşmisən? Yox əgər başqa məqsədin varsa o halda cənab Prezidentin dövlət insanlar üçündür tezisini sənə xatırlatmaqda xeyir var. Düzdür bu sizin zehniyyətdəki “xeyir” deyil. Lakin...

Bu tip hallar İmşli MRX-də ilk və hələ ki, son da deyil. Rayon tibbi komissiyanın üzvi Anar Əliyevdə həmkarlarından geri qalmır. Mənbənin bildirdiyinə görə həm “məqsədinə” nail olan, həm də insanların sənədlərini verməkdən imtina edən Anar Əliyevlə bağlı da baş həkim Eynulla Qasımova edilən müraciətlər nəticəsiz qalır. “Bütün hadisələr Cəsur həkimin vaxtında olub. Mənə dəxli yoxdur.” – deyə cavab verən baş həkimə yuxarıda qeyd edilənlərdə daxil, bəs görəsən nəyin dəxli var?

Məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyırıq, dərc etməyə hazırıq.

Aysu Əliyeva
Emtv.az


İmişlidə DÖVLƏTİN QAYĞISINDAN pul çıxarırlar...
İmişlidə DÖVLƏTİN QAYĞISINDAN pul çıxarırlar...

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR