SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Braziliyalı futbolçudan dünya rekordu

17-05-2019, 12:07 | Oxunub: 5 091 |

Braziliyalı futbolçudan dünya rekordu


Qadın futbolçulardan ibarət Braziliya millisinin üzvü Formiqa dünya rekordunu yeniləyib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, o, buna yığmanın dünya çempionatına aparılacaq heyətinə çağırılmaqla nail olub.

Belə ki, 7 iyun - 7 iyul tarixləri arasında Fransada qadınlar arasında mundial baş tutacaq. "Sambaçılar"ın heyətinə çağırılan Formiqa bununla 7-ci dəfə dünya çempionatı həyəcanı yaşayacaq. 41 yaşlı futbolçu yaponiyalı Homare Savanın rekordunu yeniləyib. PSJ-li Formiqa hər hansı bir görüşdə meydana çıxarsa, mundialda oynayan ən yaşlı oyunçu ünvanına da sahib olacaq.

Qeyd edək ki, kişilərdə meksikalı Rafael Markes, Antonio Karbayal və almaniyalı Lotar Matteus 5 mundiala qatılmaqla rekord müəllifidi.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR