SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Ermənistanın özündə ölkənin gələcəyinə inanmırlar"-Elmar Məmmədyarov

3-05-2019, 15:09 | Oxunub: 8 065 |

"Ermənistanın özündə ölkənin gələcəyinə inanmırlar"-Elmar Məmmədyarov

"Sürətlə dəyişən dünyada terrorçuluğun, xarici təhdidlərin, münaqişələrin artması fonunda beynəlxalq təhlükəsizliyin təmin olunması vacib məsələdir və bunun həlli üçün regional dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası səy göstərir".

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov 5-ci Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, həll olunmamış çoxillik münaqişələr regionun sabitliyi və təhlükəsizliyinin qorunmasına mane olur:

"Dağlıq Qarabağ münaqişəsi hələ də Cənubi Qafqazda regional təhlükəsizliyin təmin olunmasına əsas təhdiddir. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələrinə baxmayaraq, Ermənistanın işğal siyasəti davam edir. Bununla belə, Ermənistanı özgə torpaqları işğal altında saxlamaqla ölkə daxilində heç bir nailiyyət əldə etməyib. Ölkə bu gün miqrasiya, yoxsulluq, işsizlik və bunun nəticəsi olaraq zəif iqtisadiyyat və aşağı sosial göstəricilərə görə ön sıralardadır".

E.Məmmədyarov bildirib ki, Ermənistanın hər hansı bir dayanıqlı inkişafa nail olacağı barədə danışmaq yersizdir:

"Ölkədə vəziyyət elədir ki, artıq Ermənistanın özündə gələcəyə inanmırlar. Əhalinin ölkəni sürətlə tərk etməsi də bununla izah olunur".

Nazirin sözlərinə görə, Ermənistanda müəyyən mənada erməni diasporunun dəstəyinə ümid edirlər, amma yalnız bu diasporun vəsaitləri hesabına dayanıqlı inkişafı təmin etmək qeyri-mümkündür:

"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıyıq və hesab edirik ki, bu məsələ beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycan sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır".


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR