SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Bu soyuqda 2 aydır ailəm əziyyət çəkir"

24-04-2019, 12:06 | Oxunub: 9 665 |

"Bu soyuqda 2 aydır ailəm əziyyət çəkir"

Binəqədi rayonu, 28 May qəsəbəsi, Izlivnoy küç., ev 2- ünvanda yaşayan Abdilov Elşən Abdulkərim oğlu tərəfindən Prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlanıb. Emtv.az xəbər verir ki,bir nüsxəsi də yerli KİV-lərə daxil olan müraciətdə deyilir:

"Mən, ailəmlə birlikdə bir neçə ildir ki, Abşeron rayonu Müşfiqabad qəsəbəsində fərdi evimizdə yaşayıram. Bu ilin fevralın 24-də 2019-ci ildə gecə saat 2 radələrində qaz sayğacı partlamışdır.

Dərhal da 104 qaz xidmətinə zəng edib məsələni anlatdım. Bir gün sonra aidiyyatı üzrə işçilər gəlib qaz sayğacına baxış keçirdilər. Eləcə də Fövqəladə Hallar Nazirliyindən də gəlmişdilər. Hər hansı bədbəxt hadisənin baş vermədiyini bildikdən sonra qeyd etdilər ki, bizlik bir iş yoxdur, sayğacda yanğın söndürülüb. Qaz işçiləri isə qeyd etdilər ki, yenidən gedib sayğac almalısınız. Biz də gəlib quraşdıra bilərik.

Bir sözlə, evimə quraşdırlımış G4 markalı smart-kart sayğacına gecə vaxtı təbii qaz axınını artması və nəticədə təzyiqin dəflərlə yüksəlməsi nəticəsində sayğac partlamış və yanğın baş vermişdir. Nəticədə tam yararsız hala düşən sayğacı dövlətin işçiləri gəlib tədbir görmək əvəzinə, get təzədən 262 manat rüsum ödə məsləhət verirlər. Mən bu məsuliyyətsiz qaz işçilərinin məsləhətinə haqlı olaraq baxmaq istəmirəm. Çünki mən bir vətəndaş olaraq qaz xəttində təzyiqin kəskin artması mənim günahım ucbatından baş verməyib və sayğaca mən müdaxilə etməmişəm ki, o yararsız hala düşüb. Budur 2 aydır ki, evimə qaz verilişi dayandırılıb. Qaz işçiləri məsuliyyəti mənim üzərimə qoyurlar. Axı mən necə yolda quraşdırılmış qaz sayğacına müdaxilə edə bilərəm. Eləcə də digər qonşularda da sayğaclarda anormallıq yaranmışdır. Bu soyuqda 2 aydır ailəm əziyyət çəkir. Eşidən yoxdur. Bəlkə mənim bundan sonra 2 il qaz sayğacı almağa pulum olmayacaq Deməli, qaz məmurlarının dar düşüncəsinə və məntiqinə görə qaz istehlakından məhrum olmalıyam.

Hesab edirəm ki, mənim qaz sayğacının partlayaraq yararsız hala düşməsində heç bir günahım yoxdur və SOCAR rəhbərliyindən və “Azəriqaz” İB-nin sədrindən xahiş edirəm ki, savadsız işçilərini əvvəlcə başa salsınlar ki, qaz xəttində yüksək təzyiqin əmələ gəlməsində ona nəzarət edən mühəndisin məsuliyyətini müəyyənləşdirsinlər və bundan sonra dərhal gəlib öz hesablarına mənim qaz sayğacımı yeniləsinlər.

Cənab Prezident! Ölkəmizin indiki ağır müharibə şəraitində olduğunu və biz kasıb insanların dolanacağının ağırlığını nəzərə alaraq süni surətdə başımıza oyun açan, bizi dövlətdən narazı salmağa çalışan “Azəriqaz” İB-nin Abşeron rayonu üzrə məsuliyyətsiz qaz idarəsi işçilərinin qeyd etdiyim sabotaj fəaliyyətlərinin araşdılıması üçün aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm".(dia.az)

Emtv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR