SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ZELENSKİNİN QƏLƏBƏSİ KREMLİN QƏLƏBƏSİDİR? – Putin yeni prezidenti ələalma, yoxsa şantaj yolunu seçəcək?

23-04-2019, 19:49 | Oxunub: 12 375 |

ZELENSKİNİN QƏLƏBƏSİ KREMLİN QƏLƏBƏSİDİR? – Putin yeni prezidenti ələalma, yoxsa şantaj yolunu seçəcək?

Prezident seçkisində uduzduqdan sonra Pyotr Poroşenko dedi ki, siyasətdən getmir. Çox tezliklə Ali Radaya (parlamentə – tərc.) seçkilər olacaq. Ona görə hesab edirəm ki, söhbət normal nəticələr əldə etmək üçün seçkilərə hazırlıqdan, parlament müxalifətindən gedir.

Ancaq indi müxalifətin liderliyindən danışmaq tezdir. Biz yaya doğru gedirik, bu dövrdə Ali Rada “müvəffəqiyyətlə ölür”, payıza doğru isə o, ümumiyyətlə, bir struktur kimi mövcud olmayacaq. Axı hamı seçki prosesində olacaq. Bu səbəblə, parlamentdə xüsusi əhəmiyyətli hadisələr olmayacaq, ona görə də elə yaxın günlərdə gələcək seçkilərə hazırlıq kontekstində müəyyən qarşıdurma başlayacaq.

Nümunə kimi Yuliya Timoşenkonun verdiyi son bəyanatlar göstərilə bilər. Onlar çox dəqiq formada Timoşenkonun özünün xeyrinə verilib. Çoxları bu bəyanatları yalnış hesab etdi. Əslində, o, indi Pyotr Poroşenkoya qarşı daha məqbul, incə və təmiz döyüş aparır və Vladimir Zelensikinin özünün üstünə gəlməsini gözləyir.

O, kifayət qədər təcrübəlidir. Ona görə də Zelenskinin iş bacarığının olmamasını, bacarıqsız müzakirəçi olduğunu, uduzmalı nə varsa hamısını uduzmasını göstərməsini və yıxılmasını gözləyəcək. Və onu başqalarının əli ilə bitirəcək. Hələlik ona qarşı birbaşa fəaliyyətə keçməyə hazır deyil.

Diqqət edin, biz ikinci tura keçən iki namizəd, onların mübarizə mühiti haqqında danışarkən, onların bir-biri ilə mübarizəsindən söz açırıq. Ona görə də Timoşenko indi hamını barışdırmaq istəyən mehriban ana rolunu oynayacaq. Beləliklə, seçicilərin diqqətini cəlb etməyə cəhd edəcək. Pyotr Poroşenko buna yol verməməlidir. Və o, əsasən, parlament seçkilərinə, Zelenskinin etdiklərinə kimin qarşı qoya biləcəyinə köklənməlidir.

Parlament seçkilərinədək narazıların sayı artacaq. Hesab edirəm ki, 100 gündən sonra seçicilər artıq öz namizədlərinə görə məyus olacaqlar. Lakin o zaman yay dövrü olacaq və bu, Zelenskinin reytinqini bir qədər qoruyacaq.

Eyni zamanda, hər şey Zelenskinin nə qədər müstəqil olmasından, onu kimin idarə etməsindən asılı olacaq. Kimlərin nazir kreslosu alacağı elə də mühüm deyil. Xüsusilə ona görə ki, təyinatlar Nazirlər Kabineti və Ali Rada ilə razılaşdırılmalıdır. Bundan öncə də köhnə nazirlərin özlərinin istefa verməsinə nail olmaq lazımdır. Çünki köhnə nazirlərin istefası və yeni nazirlərin təyin olunması üçün parlamentdə səs yığmaq çətin olacaq.

Digər tərəfdən, Vladimir Qroysman (Ukrayna Baş naziri – tərc.) var. Yeni ilədək Prezident Zelenski çox yüksək səlahiyyətləri olan baş nazirlə birgə işləməlidir. Və Zelenski nə vəd edibsə, əslində, Qroysmandan asılıdır. Ukraynanın iflas etməməsi üçün BVF ilə danışıqları da baş nazir aparmalıdır. Əgər onlar razılığa gələ və əməkdaşlıq edə biləcəklərsə, Zelenskinin reytinqində kəskin düşmə olmayacaq.

ZELENSKİNİN QƏLƏBƏSİ KREMLİN QƏLƏBƏSİDİR? – Putin yeni prezidenti ələalma, yoxsa şantaj yolunu seçəcək?

Ancaq daha bir oyunçu – Vladimir Putin də var. O, 2010-cu ildə Yanukoviç və Timoşenko ilə davrandığı kimi hərəkət edə bilər. O zaman Putin məcbur etdi ki, kim prezident olacaqsa, “Xarkov razılaşması”nı imzalayacaq.

Putin parlament seçkilərinə az qaldığını nəzərə alaraq “hədiyyələr”lə oynaya da bilər. Guya, şərtsiz, əslində, şərtlərlərlə, ancaq biz onları bilməyəcəyik. Məsələn, Minskdə Zelenskinin Belarus Prezidenti Lukaşenko ilə görüşü baş tutacaq. Və “gözlənilmədən” Putin ora uçacaq. Mənim Minskdəki diplomat həmkarlarım deyirlər ki, indi orada Putinin səfərinə hazırlaşıldığı kimi, ciddi hazırlıq görülür. Və Putin bütün dənizçiləri, hər kəsə məlum olan siyasi məhbusları, girovları azad edə, qazın qiymətini aşağı sala və birbaşa təchizata keçməsi üçün hökumətə təzyiq edə bilər. Buna paralel olaraq, seçicilərin digər kəsimi üçün qadağan edilmiş serialların, misal üçün “Svatı”nın, nümayiş etdirilməsi bərpa edilə bilər.

Və o halda, regional dağılma prosesi baş verə, Qərbi Ukrayna üsyan edə və biz keçmişdə Yuşenko-Yanukoviç və ya Yanukoviç-Timoşenko səviyyəsində baş vermiş qarşıdurmalara geri dönə bilərik.

Əgər Putin ələ almaq yerinə şantaj etmək istəyərsə, o, sakitcə buna gedə bilər, biz sadəcə durumun kəskinləşməsini deyil, sərt təxribatlar gözləməliyik.

Artıq Kremldə Zelenskinin qələbəsini öz qələbələri hesab edirlər. ABŞ Prezidenti Donald Tramp seçiləndə də belə olmuşdu. Öncə ona görə şampan şərabı içdilər, sonra gördülər ki, nahaq iş görüblər.

Ancaq Tramp güclüdür. Üstəlik, onun ətrafında qurumlar mövcuddur və onu lazım olmayan yerlərə yuvarlanmağa qoymadılar. Bizdə qurumlar formalaşmayıb, Zelenskinin özü isə hələ çox zəifdir.

Taras Çernovil

“Glavred.info”, Ukrayna, 22 aprel 2019-cu il

Tərcümə Strateq.az-ındır

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR