SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ukraynada oliqarxiyanın növbəti: Saakaşvili Ali Radanın önündə çadır qurdu

26-10-2017, 12:36 | Oxunub: 8 157 |

Ukraynada oliqarxiyanın növbəti: Saakaşvili Ali Radanın önündə çadır qurdu

Ukraynada proseslər gərginləşir. Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Ali Radasının qarşısında etirazçıların quraşdırdığı çadırlardan birində məskunlaşıb və siyasi hakimiyyətə qarşı mübarizəsini davam etdirir. O, Poroşenkonun istefa verməsini tələb edir. Poroşenko ölkədəki vəziyyətə tam nəzarət etsə də, hələlik silahlı qarşıdurmaya getməkdən çəkinir. Hələ tərəflər arasında “əzələ nümayişi” gedir, bu savşda kimin qalib gələcə. Saakaşvilini dəstəkləyən müxalif qüvvələr açıq hərəkətlərə keçməyə tələsmir. Hazırda Ukrayna siyasətində əsas sima olan Timoşenko da gözləmə mövqeyindədir.

Get –gedə belə fikir formalaşır ki, Ukraynada inqilabları xalq eləmədi. Qərbin mövqeyi də həlledici olmadı. Ukraynada klanlar və oliqarxlar arasında savaş gedirdi, bir qrup digərini əzdi və Vaşinqtonun dəstəyi ilə Yuşenko hakimiyyətə gətirildi. Əsas proseslər də bundan sonra başlandı – tərəflər əmlak bölgüsündə razılaşa bilmədilər, Yuşenko devrildi və digər klanın nümayəndəsi Yanukoviç qalib gəldi, əsas mafiozilərdən olan Timoşenko həbs edildi. Sonra yenə əmlak bölgüsündə razılıq əldə edilmədi və “şokolad kralı” Poroşenko hakimiyyətə gəldi. Yenə də əmlak bölgüsündə problem yaşandı və Saakaşvilinin arxasından biznes-ledi Timoşenkonun kölgəsi görünməkdədir. Bir sözlə, Ukraynada baş verənlər oliqarxiyanın savaşı təsirini bağışlayır.

Lakin Qərb mətbuatında M.Saakaşvilinin Ukraynaya dönüşünün Qərb tərəfindən təmin edilməsi əslində, ölkədə köklü dəyişikliklərə yardım etmək məqsədi kimi şərh edilir. Çünki eks-prezident demokratik sistemin formalaşmasında yüksək təcrübəyə malikdir. Eyni zamanda, o, Rusiyaya qarşı mübarizədə daha etibarlı müttəfiq rolunu oynaya bilər. Saakaşvilinin Gürcüstanda qurduğu demokratik idarəetmə modeli Ukrayna ilə müqayisədə daha səmərəli olub.

Ukraynada “Maydan inqilabı”ndan üç ildən artıq vaxt ötsə də demokratik sistemin tam oturuşmadığına dair rəylər üstünlük təşkil edir. Ukrayna hakimiyyəti üçün real siyasi alternativ Mixail Saakaşvilidən daha çox Yuliya Timoşenkonun liderlik etdiyi partiyadır. M.Saakaşvilinin tərəfdarları əvvəlcə Ukrayna Ali Radasının binasını əhatəyə almaq və parlamenti tutmaq planı hazırlayıb və Mişa bunu həyata keçirməkdədir.

Ukraynada oliqarxiyanın növbəti: Saakaşvili Ali Radanın önündə çadır qurdu

Mixail Saakaşvilinin Ukrayna prezidenti seçilmək şansı olmasa da o, hökumət başına gələ bilər. Düzdür, sabiq qubernatorun dəstəkçisi ABŞ-dır. Amma Saakaşvilinin Ukraynada prezident olmaq ehtimalı azdır. Hazırda hədəfdə Poroşenkodur. Ukraynada erkən prezident seçkisinin keçirilməsi ehtimalı yaranıb ki, bu da ciddi məsələdir. Hələlik siyasi meydanda Yuliya Timoşenko daha qabarıq nəzərə çarpır. Ola bilsin, Saakaşvili baş nazir postu ilə kifayətlənsin və Timoşenko ölkənin yeni prezidenti olsun. Hadisələr daha ciddi çalar alarsa, o zaman başqa siyasi qüvvə meydana çıxa bilər.

M. Saakaşvili özünün təşkilatçılıq qabiliyyətinə və kütləni idarə etmək bacarığına görə prosesləri gərginləşdirmək missiyasını həyata keçirir. Daha doğrusu, Qərb bu məqsədlə ondan dağıdıcı qüvvə kimi hakimiyyətə qarşı istifadə edir. Qubernator işlədiyi dövrdə qazandığı nüfuz kütlə arasında ona rəğbəti artırıb.

M. Saakaşvilinin əli ilə Ukraynada oliqarxiyanın növbəti savaşı başlaya bilər. Savaş Qərbin demokratiyası ilə Rusiya yönümlü güclər arasında getmir. Ukraynadakı proseslər daha çox oliqarx və biznes dairələrinin biri-birinə açdığı savaşdır. Saakaşvili kimin yanında olacaqsa, onun nüfuzu daha çox olacaq. Yaxın vaxtlarda Ukraynadakı siyasi proseslər daha da gərginləşə bilər. M. Saakaşvilinin çalışdığı da elə budur…Avropa.info

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR