SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

HEYDƏROVLARIN BANKI “BÜDRƏDİ”…

23-04-2019, 16:48 | Oxunub: 12 445 |

HEYDƏROVLARIN BANKI “BÜDRƏDİ”…

Mətbuatda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bankı kimi tanınan “AFB Bank”ın ilin 1-ci rübünə aid maliyyə göstəriciləri ciddi narahatlığa əsas verir. Belə ki, bankın mənfəətində və aktivlərində kəskin azalma müşahidə olunur.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, rəqəmlərə keçməzdən öncə qeyd edək ki, təxminən 2 ay bundan öncə “AFB Bank” ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən “Gilan” MMC payını Hikmət Abuzər oğlu İsmayılova satıb.

“Gilan” MMC isə Kəmaləddin Heydərovun ailə şirkəti kimi tanınır. Bu səbəbdən “AFB Bank” ASC-nin əsas səhmdarının dəyişməsi müxtəlif söz-söhbətlərə səbəb oldu. Hətta bankın K.Heydərovun əlindən alındığını iddia edənlər də olub.

Lakin qeyd edək ki, bankın yeni səhmdarı heç də Heydərovlara yad birisi deyil. Mətbuatda dərc edilən məlumatlara görə, Hikmət İsmayılov K.Heydərovun həm bacanağı, həm də biznes şəbəkəsinin əsas fiqurlarından biridir. Ona görə də, bankın Heydərovların nəzarətindən çıxarılması iddiaları o qədər də inandırıcı görünmür.

Onu da qeyd edək ki, Hikmət İsmayılov bank-maliyyə sektorunda bir sıra iri şirkətlərin səhmlərinə sahibdir. Bu şirkətlərin çoxu ya “Gilan Holding”in törəmə şirkətləridir, ya da təsir dairəsindədir.

Məsələn, Hikmət İsmayılov “AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir. Bu şirkət “Gilan Holding” qrupunun strukturu hesab edilir. O, həmçinin “Bank of Baku”nun da səhmlərinin 31 faizinə sahibdir. Bankın digər səhmdarı olan “Nab Holding” (35%) də Hikmət İsmayılovun və Heydərovların iş ortağı sayılır.

HEYDƏROVLARIN BANKI “BÜDRƏDİ”…

Rəsmən “Gilan Holdinq”in satdığı “AFB Bank”ın bu ilin 1-ci rübünün yekunlarını əks etdirən maliyyə göstəriciləri bankın ciddi problemlərinin yarandığını düşünməyə əsas verir. Belə ki, bank bu hesabat dövrünü cəmi 111 min manat mənfəətlə başa vurub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 46,8 dəfə (!) azdır. Hansı ki, bankın ötən ilin yekunlarına dair göstəriciləri olduqca yüksək idi. Təkcə onu qeyd etmək kifayətdir ki, “AFB Bank” ötən ili 21 milyon 654 min manat xalis mənfəətlə başa vurmuşdu.

Bu ilin ilk üç ayında “AFB Bank”ın gəlirləri 7,582 milyon manat, o cümlədən faiz gəlirləri 5,252 milyon manat, qeyri-faiz gəlirləri 2,33 milyon manat, xərcləri 5,443 milyon manat, o cümlədən faiz xərcləri 561 min manat, qeyri-faiz xərcləri 4,882 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 2,028 milyon manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib. Bununla yanaşı, il ərzində “AFB Bank”ın balans kapitalı 22,4% artaraq 88,05 milyon manata çatıb.

“AFB Bank”ın aktivləri isə 373,531 milyon manat olub. Bu da ötən ilin analoji göstəricisindən 20 faiz azdır. Qeyd edək ki, bankın kredit portfeli də ötən illə müqayisədə 5 faizədək kiçilib.

Ancaq bankın göstəricilərindəki ciddi geriləmələr bununla da bitmir. Belə ki, “AFB Bank”ın müştərilərinin depozit hesablarında da böyük azalma var. Bankın öhdəlikləri 27,6% azalaraq 285,48 milyon manata düşüb. Bunun 161,069 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Bununla da bankın depozit portfeli 35,4% kiçilib. Bu isə müştərilərin banka münasibəti baxımından kifayət qədər ciddi göstərici sayıla bilər.

Onu da xüsusi qeyd etməyə ehtiyac var ki, bütün bu göstəricilərin və problemlərin məhz bankın “əl dəyişməsindən” sonra meydana çıxması kifayət qədər düşündürücüdür.

Cəlal MƏMMƏDOV

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR