SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Sobsan Boya” şirkəti Şamaxıda insanları torpaqsız qoyub - Prezidentə şikayət

6-04-2019, 12:56 | Oxunub: 10 377 |

“Sobsan Boya” şirkəti Şamaxıda insanları torpaqsız qoyub - Prezidentə şikayət

Emtv.az xəbər verir ki,Azərbaycanda qeyri-neft sektorunun-xüsusilə kənd təsərrüfatının inkişafı məqsədilə son illərdə bir çox proqramlar qəbul edilib, iri layihələr reallaşdırılıb. Kənd təsərrüfatı sahəsində çalışanların əməyinin stimullaşdırılması üçün dövlət tərəfindən subsidiyalar ayrılır, kreditlər verilir. Cənab Prezidentin xüsusi nəzarətində olan bu sahədə artıq ilkin uğurlar qazanılıb.

Təəssüf ki, Şamaxıdan aldığımız şikayət məktubunda göstərilən faktlar bunun tamamilə əksini göstərir.

Belə ki, yerli KİV-ə müraciət edən Şamaxı şəhər C.Məmmədquluzadə küçəsində yaşayan Niftalıyev Babası Dünyamalı oğlu mülkiyyət hüquqlarının tapdalanmasından, əmlakı olan torpaq sahəsinin zorla əlindən alınmasından şikayətçidir.

Şikayətçi bildirir ki, artıq 20 ildən çoxdur ki, onların istifadəsində olan torpaq sahələri saxta sənədlər hesabına “Sobsan Boya” şirkətinə satılıb və etdikləri şikayətlərə heç kim məhəl qoymur. Şəhriyar qəsəbəsi ərazisində yerləşən və kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi maraqlar müqabilində tamamilə saxta sənədlər hazırlamaqla qanuni istifadəçilərindən alınaraq “Sobsan Boya” şirkətinə verilib. İş o yerə çatıb ki, hətta vəfat edən şəxsin də adına saxta etibarnamə hazırlanıb və bu yolla torpaqların şirkətə verilməsi “qanuniləşdirilib”. Görünən odur ki, deyəsən Şamaxıda dövrümüzün yeni Şeyx Nəsrullaları peyda olub və ölən adamın adından etibarnamə alveri də edirlər. Özü də bu sənədi Rusiyadan gətirərək belə cinayətə imza atırlar.

Şikayətçi bildirir ki, istifadələrində olan 15 ha torpaq sahəsindən uzun illərdir ki, kənd təsərrüfatı məqsədilə istifadə edirlər. Bu torpaqlar neçə-neçə ailənin dolanacaq mənbəyidir. Burada taxıl, meyvə ağacları əkilir, kənd təsərrüfatının inkişafı məqsədilə işlər görülür. Lakin, “Sobsan Boya” şirkəti sadə insanların dolanacaq yeri olan torpaqlarda süni göl yaradır, tikili inşa etdirmək üçün betontökmə işləri aparır. Yəqin ki, Şamaxıda kənd təsərrüfatı o qədər inkişaf edib ki, artıq əkinə yararlı torpaqlarda göl vurulur, ev tikilir. Dövlətin, Prezidentin kənd təsərrüfatına göstərdiyi diqqətə belə cavab verənlər də var!

Yerli KİV-ə müraciət edən 83 yaşlı Niftalıyev Babası bildirir ki, istifadə etdikləri torpaqların onlara məxsus olduğunu sübut edən sənədləri olmasına baxmayaraq nədənsə vəfat edən şəxsin “etibarnaməsinə” daha çox etibar edirlər. Dirilərin torpaq hüququnu ölülərin əliylə pozanlara isə hələ ki, “dur” deyən yoxdur. Qəribəsi odur ki, “Sobsan Boya” şirkətinin əməkdaşları torpağın qanuni sahiblərinə hədə-qorxu gəlir, hətta özlərini “Mehriban xanımın adamları” kimi qələmə verirlər. Yəqin ki, onlar cənab Prezidentin, Mehriban xanımın Şamaxıya son səfərlərindən xəbərsizdirlər və onların hər zaman kimin yanında olduqlarını bilmirlər!
“Sobsan Boya” şirkəti Şamaxıda rəngləri tündləşdirməklə çörəyi qara torpaqdan çıxan insanların gününü göy əskiyə büküb. Şikayətçi bildirir ki, şirkətin Cavid adlı əməkdaşı ilə dəfələrlə görüşüb, öz torpaq sahəsindən onlara kommunikasiya xətlərinin çəkilməsi üçün yer ayırıb. Lakin, şirkətin sahibləri ona yalançı vədlər verməklə sonda torpağına sahibləniblər.

Yerli KİV-ə şikayət edən B.Niftalıyev bildirir ki, torpaq sahələrində min-bir əziyyətlə ağaclar əkiblər, onlara qulluq ediblər. Ancaq “Sobsan Boya” şirkəti onların əkdiyi ağacları çıxararaq yerində üzüm əkirlər. Və eyni zamanda həmin torpaqlarda qanunsuz, süni göl yaratmaqla bir daha Azərbaycan qanunlarını pozmuşlar. Nəzərinizə çatdırırıq ki, mövzu ilə bağlı şikayətçilər hətta Prezident Şamaxıda olduğu vaxt ona məktub təqdim edilmiş,lakin indiyə qədər heç bir cavab verilməmidir. Görünür üzüm suyuna olan sevgi dövlətin yaşıllıqlara, ekologiyaya olan münasibətinə güc gələndə belə olurmuş!

Rubrika.az saytı vasitəsilə cənab Prezidentə müraciət edən B.Niftalıyev kömək istəyir:

“Artıq ömrümün ixtiyar çağlarını yaşayıram. Amma bu yaşıma qədər üzləşmədiyim, şahidi olmadığım qanunsuzluqla, fırıldaqla üz-üzə qalmışam. Torpaqlarımızı əlimizdən alanlar, “Sobsan Boya” şirkəti Azərbaycan qanunlarına məhəl qoymurlar. Onların hazırladıqları bütün sənədlər qanunsuzdur-hətta vəfat edən şəxsin də adına etibarnamə hazırlayıblar. Lakin, bütün bunlara baxmayaraq biz bu gün öz halal torpağımızı əkib-becərə bilmirik. Cənab Prezident, siz hər zaman kəndlinin dayağı, himayədarı olmusunuz. Bizi öz doğma torpaqlarımızda əkin-biçinlə məşğul olmağa, halal çörəyimizi qazanmağa qoymayanlara meydan verməyin. Bizim ümüdümüz sizsiniz!”

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR