SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda 2 nəfərin ölümünə səbəb olan yanğında xəsarət alanların vəziyyəti ilə bağlı SON MƏLUMAT

6-03-2019, 10:29 | Oxunub: 10 575 |

Bakıda 2 nəfərin ölümünə səbəb olan yanğında xəsarət alanların vəziyyəti ilə bağlı SON MƏLUMAT

10:21

Nərimanov Rayon İcra Hakimiyyəti rayon ərazisindəki yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

Emtv.az xəbər verir ki, İcra hakimiyyətindən yerli KİV-ə verilən məlumata görə, hadisə rayonun Məlik Məmmədov küçəsi 4 ünvanında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus yataqxanada baş verib: "Martın 5-də gecə saat 23:40 radələrində beşmərtəbəli yataqxananın 3-cü mərtəbəsində qısaqapanmadan baş verən yanğın zamanı 11 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Dünyasını dəyişən şəxslər Laçın rayonundan olan məcburi köçkünlər - 1958-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızıdır".

Məlumatda bildirilir ki, faktla bağlı Nərimanov rayon Polis İdarəsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırma aparılır.

-----------

09:41

Səhiyyə Nazirliyi Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğınla bağlı məlumat açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, təcili tibbi yardıma 22 nəfər müraciət edib. Onların 18-nə hadisə yerində tibbi yardım göstərilib. Müraciət edənlərin 14-ü Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Onların 5-i xəstəxanaya yerləşdirilib. Digərlərinə isə lazımi tibbi yardım göstərilib və evə buraxılıb.

Tibbi yardım briqadası hadisə yerinə çatana qədər 2 nəfər dünyasını dəyişiblər.

-----------

09:21

Fövqəladə Hallar Nazirliyi Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

Emtv.az xəbər verir ki, nazirlikdən yerli KİV-ə verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan İncəsənət Universitetinin balansında olan, hal-hazırda Ağdam rayon məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində 1942-ci il təvəllüdlü Səriyə Hacıyevaya məxsus, ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi dəhlizə yığılmış ev əşyaları 5 m² sahədə, 1 ədəd plastik pəncərə çərçivəsi və 50 p.m elektrik kabelləri yanıb.

Yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənmiş halda, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlunun meyitləri tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən çıxarılaraq Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili tibbi yardım briqadalarına təhvil verilib, daha 42 nəfər bina sakini təxliyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

----------

07:50

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.


Emtv.az xəbər verir ki, hadisə Nərimanov rayonunda, Malik Məmmədov 12 ünvanında, 23:30 radələrində, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasının 3-cü mərtəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, habelə təcili yardım maşınları cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məlumata görə, hadisə zamanı 8 nəfər tüstüdən boğulub və ya yanğın zamanı xəsarət alıb. Onlardan 2-i - Surxay Əliyev və həyat yoldaşı Elza Əliyeva ölüb. Tüstüdən boğulmuş 1 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digər 5 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, yanğın 15-20 kvadrat metr sahədə baş verib. İlkin ehtimala görə, hadisəyə binanın elektik xətlərindəki qısaqapanma səbəb olub.

00:45

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

Emtv.az xəbər verir ki, hadisə Nərimanov rayonunda, Malik Məmmədov 12 ünvanında, 23:30 radələrində, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasının 3-cü mərtəbəsində qeydə alınıb.
Bakıda 2 nəfərin ölümünə səbəb olan yanğında xəsarət alanların vəziyyəti ilə bağlı SON MƏLUMAT
Bakıda 2 nəfərin ölümünə səbəb olan yanğında xəsarət alanların vəziyyəti ilə bağlı SON MƏLUMAT
Bakıda 2 nəfərin ölümünə səbəb olan yanğında xəsarət alanların vəziyyəti ilə bağlı SON MƏLUMAT
Bakıda 2 nəfərin ölümünə səbəb olan yanğında xəsarət alanların vəziyyəti ilə bağlı SON MƏLUMAT
Bakıda 2 nəfərin ölümünə səbəb olan yanğında xəsarət alanların vəziyyəti ilə bağlı SON MƏLUMAT
Bakıda 2 nəfərin ölümünə səbəb olan yanğında xəsarət alanların vəziyyəti ilə bağlı SON MƏLUMAT
Bakıda 2 nəfərin ölümünə səbəb olan yanğında xəsarət alanların vəziyyəti ilə bağlı SON MƏLUMAT
Bakıda 2 nəfərin ölümünə səbəb olan yanğında xəsarət alanların vəziyyəti ilə bağlı SON MƏLUMAT

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR