SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Göyçay sakini deputatdan giley edir...

1-03-2019, 12:25 | Oxunub: 11 139 |

Göyçay sakini deputatdan giley edir...

Göyçay şəhəri Hüsü Hacıyev küçəsi ev 1 sakini Kərimov Fikrət Şaməddin oğlu prezident İlham Əliyevə şikayət ərizəsi ünvanlayıb.

Emtv.az xəbər verir ki,bir nüsxəsi dəyerli KİV-ə daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! Mən 1992-ci il YAP-ın üzvüyəm. Göyçay rayon Kürd kəndi ərazisində 0,5 ha olan torpaq sahəsi üzərində Göyçay rayon Potu Bələdiyyəsinin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra Göyçay rayon Potu Bələdiyyəsi 0,5 ha olan torpaq sahəsinin hərrac və müsabiqə vasitəsi ilə satılması üçün Göyçay rayon Torpaq Hərrac və Müsabiqə komisiyyasına müraciət etmişdir. Müsabiqənin keçirilməsi 06 may 2014-cü il tarixə təyin edilmişdir. Mən Göyçay rayon Torpaq Hərrac və Müsabiqə komisiyyası tərəfindən 06 may 2014-cü il tarixdə keçirilən müsabiqənin qalibi olmuş və mənə 07 may 2014-cü il tarixdə müvafiq şəhadətnamə verilmişdir. Bundan sonra həmin 0,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququm dövlət reyestrində qeydə alınmış və mənə çıxarış verilmişdir.

01 noyabr 2015-ci il tarixdə Elman Nəsirov 89 saylı Göyçay – Ağdaş seçki dairəsindən Milli Məclisə deputat seçilib. Bundan sonra Göyçaylıların qara günləri başladı. Belə ki, Elman Nəsirov seçiciləri ilə görüşmək və onların problemləri ilə maraqlanmaq əvəzinə maklerlik fəaliyyətinə üstünlük verdi. Əsasən qonorar müqbilində vətəndaşları məhkəmə hakimlərinə və sədrlərinə tapşıran və işin udulması müqabilində şirinlik adı altında pul mükafatları alan Elman Nəsirov indidə mənim işimdə maklerlik edir. Göyçay rayonu, kürd kəndində yaşayan Ərzulla Bəşirovla aramızda yaranmış mübahisənin Ərzulla Bəşirovun xeyrinə həll olunması üçün Elman Nəsirov dəridən-qabıqdan çıxır. İşə sədrlik edən hakimə zəng edərək, Ərzulla Bəşirovun kənddə qeydiyyat olmasına, 89 saylı deyil, 88-saylı Göyçay – Ağdaş seçki dairəsindən seçici olmasına baxmayaraq, Elman Nəsirov onu özünün seçicisi kimi təqdim edib, hakimlərə açıq-aşkar təyziq edir. Elman Nəsirov hakimə zəng edərək, iş üzrə Ərzulla Bəşirovun xeyrinə qərar qəbul edilməyəcəyi təqdirdə onun məsələsinin məhkəmə hüquq şurası səviyyəsində həll olunacağı ilə hədə-qorxu gəlir. Məhkəmənin sədrini üzdən-gözdən salır, utandırır. Təəssüf hissi ilə qeyd edirəm ki, işə baxan hakimlər ədalətli qərar qəbul etmək əvəzinə, onun sözündən çıxmaq istəmirlər.

Bu səbəbdən qanunun tələblərinə əməl edilməklə adıma verilmiş sənədlər məhkəmə tərəfindən ləğv edilmişdir".

Narazı vətəndaşın yerli mətbuata daxil olan müraciətinin sonunda qeyd olunur: "Cənab prezident, 89 saylı Göyçay – Ağdaş seçki dairəsindən Milli Məclisə deputat seçilən Elman Nəsirovun etdiyi zülmdən bizi xilas etməyinizi, onun fəaliyyətinin nəzarətə götürməyinizi və Elman Nəsirovun pul mükafatları müqabilində vətəndaşların işinə qarışmasının Milli Məclis səviyyəsində qadağan edilməsinə köməklik etməyinizi xahiş edirəm".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR