17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Qobustanda dəhşətli qəza: ailənin 3 üzvü və qohumları xəstəxanaya yerləşdirildilər
Qobustan rayonunda avtomobil qəzası baş verib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qobustan-Sündü-Xilmilli avtomobil yolunun 2-ci kilometrliyində baş verib.
Cəyirli kənd sakini, 35 yaşlı Nemət Abduləliyevin idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə "Mercedes"markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü Nemət Abduləliyev və sürücünün həyat yoldaşı 35 yaşlı İlhamə Abduləliyeva, oğlu 7 yaşlı Ayxan Abduləliyev və avtomobildə olan digər sərnişin, qohumları 42 yaşlı Mahruq Məcidova ağır bədən xəsarətləri alıblar. Yaralıların vəziyyətləri ağır olduğu üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasına cərrahiyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Qobustan Rayon Polis şöbəsində araşdırma aparılır.
Nəzrin Abbaszadə
Emtv.az