17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Azərbaycanda "koksaki" virusunun yayılması barədə məlumatlara RƏSMİ münasibət
Səhiyyə Nazirliyi Azərbaycanda "koksaki" virusunun yayılması barədə səslənən fikirlərə münasibət bildirib.
Emtv.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətindən yerli KİV-ə bildirilib ki, Azərbaycanda "koksaki" virusunun yayılması barədə yayılan məlumatlar düzgün deyil.
Belə ki, Azərbaycanda indiyədək aparılan laborator müayinələr zamanı "koksaki" virusuna yoluxma halı aşkarlanmayıb.
Nazirlikdən Azərbaycanda yoluxucu xəstəliklərə qarşı ciddi əks-epidemik tədbirlərin aparıldığı da bildirilib.
Qeyd edək ki, hüceyrədaxili parazit sayılan "koksaki" virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpki özünü göstərir. "Koksaki" virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar.
Nəzrin Abbaszadə
Emtv.az