17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanda “Petya” virusu təhlükəsi varmı? – RƏSMİ CAVAB
Azərbaycan dövlət strukturlarından “Petya” virusu ilə bağlı şikayətlər daxil olmayıb.
Emtv.az xəbər verir ki, bu barədə trend-ə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzdində Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən (CERT) məlumat verilib.
Məlumatda qeyd olunur ki, bu virus bir müddət əvvəl yayılmış “WannaCry” virusu kimi yayılır:
“Lakin bu virusun fərqi ondadır ki, o faylları yox, sərt diski şifrələyir. Bu virus, həmçinin elektron poçt yolu ilə yayılır. Hələlik Azərbaycan dövlət strukturları tərəfindən bununla bağlı şikayət daxil olmayıb”.
Qeyd edək ki, “Petya” virusu Rusiya və Ukraynanın iri neft, telekommunikasiya və maliyyə şirkətlərinə haker hücumuna səbəb olub. Bu virus kompüterləri bloka salır və təkrar açılması üçün 300 dollar məbləğinə bərabər bitkoinlər tələb edir.
Emtv.az