SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

"Barselona"da ciddi itki - 1 ay oynamayacaq

9-02-2019, 16:51 | Oxunub: 2911 |

"Barselona"da ciddi itki - 1 ay oynamayacaq

"Barselona"nın futbolçusu Artur zədələnib.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, Artur La Liqada "Valyadolid", "Sevilya, İspaniya kubokunun yarımfinalında "Real Madrid" və Çempionlar Liqasının 1/8 finalında "Lion"la oyunları buraxacaq.

Braziliyalı oyunçunun ölkə çemponatında martın 2-i "Real Madrid"ə qarşı keçiriləcək görüşdə iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR