SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qarabağ siyasətimizi əvvəlkilərlə müqayisə etməyin...

31-01-2019, 11:07 | Oxunub: 8 671 |

Qarabağ siyasətimizi əvvəlkilərlə müqayisə etməyin...

Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar apardığı kadr islahatları və Azərbaycan prezidenti ilə intensiv qeyri-rəsmi görüşləri fonunda tez-tez səslənən "sülh əvəzinə ərazilər” tezisi ilə bağlı erməni cəmiyyətində və ekspert dairələrində yaranan narahatlığa münasibət bildirib.

Emtv.az xəbər verir ki, jurnalistlərə açıqlamasında Paşinyan rəsmi Bakı ilə belə bir tezisin müzakirə edilmədiyini və onun rəhbərlik etdiyi hökumətin Dağlıq Qarabağ siyasətini əvvəlki hakimiyyətlərin yürütdüyü siyasətlə müqayisə edənlərin yanıldığını bildirib.

"Biz ümumiyyətlə "sülh əvəzinə ərazilər” formulunu müzakirə edə bilmirik. Bu məsələdə (Dağlıq Qarabağ münaqişəsi) bizim nazirlər kabineti əvvəllər heç bir hökumətin həyata keçirmədiyi siyasət aparır. Buna görə də, hansısa paralellər aparmaq tamamilə yanlışdır”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Paşinyan yenidən baş nazir seçildikdən sonra apardığı hökumət islahatlarında əsasən, sabiq kuratoru, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın kadrlarına vəzifə verməsi, həmçinin, Davosda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən öncə Petrosyandan məsləhət alması Qarabağ ətrafı rayonların qaytarılması ilə bağlı Azərbaycanla gizli razılaşmanın olduğuna dair erməni politoloqların şübhələrini artırıb.

Petrosyanın hələ hakimiyyətdə olduğu günlərdən ətraf ərazilərin geri qaytarılmasının tərəfdarı olduğunu vurğulayan erməni ekspertlər, bu mənada, Paşinyanla əvvəlki, xüsusən də Petrosyan hökumətinin Qarabağ siyasəti üzrə paralellər aparmağa başlayıblar. Onlar iddia edirlər ki, qətiyyətli çıxışlarına rəğmən baş nazirin son davranışları Ermənistan üçün pis sürprizlə nəticələnə bilər.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR