SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

GEMO məhsullar

25-01-2019, 12:51 | Oxunub: 10 119 |

GEMO məhsullar

Bitkilərin, heyvanların genində bir və ya bir neçə elementin yerini dəyişməklə genetik modivikasiya edilmiş məhsullar yaradılır.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, məhsulun geninin dəyişdirilməsi ilə bol məhsuldarlıq əldə etmək mümkün olduğu üçün bəzi ölkələr yaranan ərzaq qıtlığından çıxış yolunu məhz GEMO məhsullardan istifadədə görür.

Sakin: "Meyvələrin geninin dəyişdirildiyini bilmək olmaz, sadəcə üzərində xarici məhsul olduğu ilə bağlı müəyyən etiketlər olur".

Sakin: "Ət məhsulları, toyuq bunlar bizə rayondan gəlir".

Sakin: "Tərkibinə, tarixinə baxıram. Maraqlanıram ki, təzə məhsul olsun. Əti də tanımadığım yerdən almıram".

Məhsuldarlığın bol olması əksər sahibkarlara çox cəlbedici gəlir. Elə buna görə də, demək olar ki, GEMO məhsullar bütün dünya ölkələrinə ayaq açıb. Azərbaycana da gəlib çxan belə məhsulların zərərləri isə təxmin edildiyindən də çoxdur.

Aidə Bəndəliyeva - Ekspert: "Bu məhsullarla qidalanan insanlarda allergik xəstəliklər, sonsuzluq və müxtəlif mənşəyi bilinməyən patalogiyaların meydana çıxması, xərçəng xəstəliyinin geniş vüsət alması halları müşahidə olunmağa başlayıb. Körpələrin belə qidalarla qidalanması onların immun sisteminin körpə yaşlarından pozulmasına və digər fəsadların meydana çıxmasına səbəb olur".

Belə məhsulları təkcə insan sağlamlığına ziyan vurmur, hətta becərildikləri sahələri də yarasız hala salır. Mütəxəssislər geni modivikasiya olunmuş qidalardan qorunmaq üçün bir neçə məqama diqqət yetirməyi tövsiyə edirlər.

Aidə Bəndəliyeva - Ekspert: "Həmin məhsulların həm görünüşləri, həm də uzun müddət saxlanabilmə xüsusiyyətinə malik olması daha diqqət çəkir".

Əksər inkişaf etmiş ölkələrdə genetik modivikasiya olunmuş məhsullara qadağa qoyulub. Azərbaycanda isə GEMO məhsullar "Ekoloji təmiz kənd təsərrüfatı barədə qanun"a əsasən ekoloji təmiz olmayan qidalar kimi qəbul edilib.

AQTA-dən verilən məlumata görə, ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən qida məhsulları daim nəzarətdə saxlanılır. Agentlik bəyan edir ki, GEMO məhsulları ilə bağlı şübhə yarandığı zaman quruma müraciət edə bilərlər.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR