17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ucarda yeniyetmə qız qaçırılıb - "Bizə ev və maşın təklif edirlər ki, şikayətimizi geri götürək"
Ucar rayonunda 16 yaşlı qız 30 yaşlı kişi tərəfindən qaçırılıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu qızın nənəsi iddia edib:
"Nəvəm ona əmi deyir və onu istəmir. İstəyirəm, nəvəm təhsil alsın. Bizə ev və maşın təklif edirlər ki, şikayətimizi geri götürək".
Qızı qaçıran şəxs isə onu öz istəyi ilə qaçırdığını iddia edib:"Nənəsi onu öz qohumuna ərə vermək istəyirdi. Qız razılaşdı və mən onu qaçırdım. Bizi ancaq Allah ayıra bilər".
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yerli mətbuata açıqlamasında bildirib ki, Ucarda qaçırılan 16 yaşlı qızın nənəsi hüquq-mühafizə orqanlarına müraciət edib.
"Biz uşağın mənafeyi baxımından hazırda Ucardayıq və rəsmi şəkildə nənəsi nəvəsinin zorla qaçırılması barədə polisə müraciət edir", - deyə K.Ağazadə bildirib.
Nəzrin Abbaszadə
Emtv.az