SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda baş verən bu cinayət cavabsız qalmamalıdır...

19-01-2019, 10:28 | Oxunub: 9 168 |

 Bakıda baş verən bu cinayət cavabsız qalmamalıdır...

1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır.

Emtv.az xəbər verir ki,bunu yerli mətbuata acıqlamasında Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu deyib.

A.Qriqoriu bildirib: "1990-cı il 20 yanvar faciəsi SSRİ-nin öz xalqına və vətəndaşlarına qarşı ordudan istifadə etməsinin qara səhifəsi kimi əbədi olaraq müasir tarixə yazılıb. Azərbaycanın suverenliyi və müstəqilliyini dəstəkləmək üçün Bakıda keçirilmiş dinc nümayiş sovet ordusu tərəfindən silah və tanklarla gülləbaran edilib. Sovet ordusu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı qüvvələrin böyük kontingentinin Bakını işğal etməsi xüsusi qəddarlıq və görülməmiş vəhşiliklərlə baş verib. Dinc əhali qətlə yetirilib, yüzlərlə insan öldürülüb, yaralanıb və itkin düşüb.

A.Qriqoriu qeyd edib ki, ordunun Bakıya yeridilməsi və fövqəladə vəziyyətin qoyulması SSRİ Konstitusiyasının (119-cu maddə), Azərbaycan SSR Konstitusiyasının (71-ci maddə), "Vətəndaş və siyasi hüquqlar" Beynəlxalq paktının (1-ci maddə) kobud şəkildə pozulması idi:"Azərbaycan Respublikasının suverenlik hüququ qəddarlıqla və çəkinmədən pozulmuş, dinc nümayiş keçirmək, ifadə azadlığı, mülkiyyət kimi təməl insan hüquqlarının pozulmasına kobudcasına yol verilmişdi. Və təəssüf ki, dünyada bu hadisələr haqqında az şey məlumdur. Məhz bu qanlı və utancverici hadisədən sonra Sovet İttifaqının sürətlə dağılması baş verdi. Dövlət öz vətəndaşlarının hüquqlarını, öz xalqına, xüsusilə Bakı şəhərinin və Azərbaycan Sosialist Respublikasının əhalisinə qarşı cinayət törədilməsinə şərait yaradaraq pozmuşdu. İnsanlara hədəf kimi, əsasən kürəyindən, yeganə məqsədlə - öldürmək üçün güllə atılıb. Bu cür cinayətlər cəzasız qalmamalıdır. Beynəlxalq humanitar hüquq normalarına görə, bu cinayət əməlini törədənlər müəyyənləşdirilməli və məhkəməyə təslim edilməlidirlər".

Moldovalı siyasi xadimin sözlərinə görə, 1990-cı il hadisələrindən danışarkən, ilk növbədə Sovet İttifaqının məlumat məkanının qapalılığını nəzərə almaq lazımdır:"İndiyədək həmin faciəvi hadisənin detalları yalnız ölkənin rəhbər şəxsləri, eləcə də qanlı cinayətlərin birbaşa icraçıları barədə açılan cinayət işləri çərçivəsində nəzərdən keçirilə bilər".

Digər tərəfdən A.Qriqoriu qeyd edib ki, beynəlxalq ictimaiyyətdə beynəlxalq hüquq prinsiplərinə riayət olunması və həmçinin insan hüquqlarının həyata keçirilməsində baş verən ikili standartları da unutmamaq lazımdır:"Bu gün biz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin qurbanlarını yada salırıq. Onların ölümü boşa deyildi. Tarixin amansız dərslərini qavramaq lazımdır. Öz vətəndaşlarının güllələnməsi əmrini verən heç bir rejim hakimiyyətdə qala bilməz".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR