SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezident İlham Əliyev: "Qarşıdan gələn il də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında uğurlu il olacaq" - FOTOLAR

28-12-2018, 19:15 | Oxunub: 9 838 |

Prezident İlham Əliyev: "Qarşıdan gələn il də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında uğurlu il olacaq" - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Emtv.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, bu il bu münasibətlərin daha da yüksək zirvəyə qalxdığını qeyd etdi. Prezident İlham Əliyev ölkələrimizin dövlət başçıları arasında həm Azərbaycanda, həm Türkiyədə, həm də beynəlxalq tədbirlərdə keçirilən görüşlərin və çoxsaylı təmasların əlaqələrimizin daha da möhkəmlənməsi baxımından xüsusi rol oynadığını bildirdi. Dövlətimizin başçısı bu il, eyni zamanda, bir çox mühüm birgə layihələrin, o cümlədən TANAP və STAR layihələrinin açılış mərasimlərinin olduğunu qeyd edərək, siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə çox gözəl əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev bu il Türkiyə Prezidentinin iştirakı ilə keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradı dostluq və qardaşlıq münasibətlərimizin parlaq təzahürü kimi dəyərləndirdi. Dövlətimizin başçısı qarşıdan gələn ilin də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında uğurlu il olacağına əminliyini ifadə etdi və Türkiyənin daxili işlər naziri Süleyman Soylunun Azərbaycana səfərinin əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyini dedi.

Qəbula görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Türkiyə-Azərbaycan əlaqələrinə toxunan Süleyman Soylu qeyd etdi ki, əlaqələrimiz böyük lider, görkəmli dövlət xadimi Heydər Əliyevin dediyi kimi "Bir millət, iki dövlət" prinsipi üzərində qurulub və bu gün uğurla inkişaf edir. O bildirdi ki, Azərbaycan və Türkiyə dövlətləri başçılarının uğurla inkişaf etdirdiyi bu əlaqələr bu gün regiona və dünyaya böyük töhfə verir və qardaşlıq münasibətlərinin bir nümunəsidir. Türkiyəli nazir qeyd etdi ki, başda Dağlıq Qarabağ məsələsi olmaqla Azərbaycanın kədəri Türkiyənin kədəri, sevinci isə Türkiyənin sevincidir.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Aysu Əliyeva,
Emtv.az

Prezident İlham Əliyev: "Qarşıdan gələn il də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında uğurlu il olacaq" - FOTOLAR
Prezident İlham Əliyev: "Qarşıdan gələn il də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında uğurlu il olacaq" - FOTOLAR

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR