SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Cadunu dağıdar, iblisin təsirindən qurtarar – “Nas” surəsinin bərəkətləri

27-12-2018, 21:26 | Oxunub: 13 450 |

Cadunu dağıdar, iblisin təsirindən qurtarar – “Nas” surəsinin bərəkətləri

Qurani-Kərimin ayələri - möminlərin qəlbinə daxil olan nurdurlar. "Nas" surəsi də bu surələrdən biridir.

"Nas" surəsi Quranın 114-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 6 ayəsi vardır.

Emtv.az yerli KİV-ə istinadən bildirir ki, "Nas" sözünün ərəb dilindəki tərcüməsi insan deməkdir. O zaman ki, insan şeytan tərəfindən təhlükə hiss edər, əgər bu surəni oxuyarsa, amanda olar.

Bu surə - "Qul" ilə başlayan dörd surədən biridir.

Allah Təala bu surədə Peyğəmbərə (s) əmr verir ki, Xənnasın vəsvəsəsindən Ona pənah aparsın. Bu surənin mənası "Fələq" surəsinə çox bənzəyir.

Hər iki surə şeytanın (lən) vəsvəsəsindən Allaha pənah aparmağa işarə edir. Bir fərqlə ki, "Fələq" surəsində şərin növləri bəyan edilmişdir.

Ancaq bu surəsə sadəcə Xənnasın adı çəkilmişdir.

Nəql olunur ki, yəhudi bir sehirbaz Həzrət Peyğəmbərə (s) cadu edir. Cəbrayil (ə) Həzrətin yanına gəlir və "Nas" ilə "Fələq" surələrini nazil edir. Həzrətə (s) deyir: "Yəhudi kişi sənə cadu etmişdir və onun sehri filan quyudadır. Peyğəmbər (s) də İmam Əlini (ə) həmin quyuya doğru göndərir ki, sehri gətirsin. Sonra əmr verir ki, onun düyünlərini açsın və hər düyünü açan zaman "Nas" və "Fələq" surələrini oxusun.

Düyünlər bitəndən sonra əziz Peyğəmbərimiz (s) öz sağlamlığına qovuşur.

Fəzil ibni Yəsar nəql edir: "İmam Baqirdən (ə) eşitmişəm ki, buyurur: "Peyğəmbər (s) şiddətli bir dərdə düçar olur. Cəbrayil (ə) və Mikayil (ə) Həzrətin yanına gəlirlər. Cəbrayil (ə) Həzrətin (s) başının yuxarısında və Mikayil (ə) ayaqlarının aşağısında əyləşirlər. Cəbrayil (ə) Həzrəti (s) "Fələq" surəsinin pənahında qərar verir, Mikayil (ə) isə "Nas" surəsinin"".

Həzrət Peyğəmbər (s) buyurur: ""Tövhid", "Fələq" və "Nas" surələrinin hər birini sübh və əsr vaxtı 3 dəfə oxuyun ki, sizi başqa şeylərdən ehtiyacsız edər".

Əqəbə nəql edir: "Peyğəmbər (s) mənə buyurdu: "Ey Əqəbə! Səni Tövratda, İncildə və Quranda nazil olan üç surədən agah edimmi?".

Dedim: "Bəli, qurbanın olum".

Həzrət (s) "Tövhid", "Fələq" və "Nas" surələrini tilavət etdi və mənə buyurdu: "Ey Əqəbə! Bu surələri heç bir zaman unutma və gecələri onları mütləq oxu"".

"Nas" surəsinin bərəkətləri:

1. Hər kəs özünü "Fələq" və "Nas" surəsinin pənahında qərar verməlidir, çünki ardınca yaxşı nəticələr gətirər.

2. Onu həm oxumağın və həm eşitməyin faydası vardır.

3. Bu surəni oxumaq imanı gücləndirər və şeytanı (lən) zəif edər.

4. Bu surə qohumlara və qonşulara da müsbət təsir edər.

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR