SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Türkiyə və Azərbaycan hər keçən gün bir-birinə daha da yaxınlaşmaqda və əlaqələrimiz güclənməkdədir" - Ərdoğan

25-12-2018, 18:18 | Oxunub: 7 880 |

"Türkiyə və Azərbaycan hər keçən gün bir-birinə daha da yaxınlaşmaqda və əlaqələrimiz güclənməkdədir" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Emtv.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident, Əziz Qardaşım. Doğum gününüz münasibətilə Zati-alinizi xalqım, hökumətim adından və şəxsən öz adımdan ən səmimi hisslərlə və arzularla təbrik edirəm.

Bir tərəfdən öz gücünü ortaq dil, tarix və mədəniyyətimizdən alan qardaşlıq əlaqələrimizin, digər tərəfdən də Azərbaycan Respublikasının qətiyyətli rəhbərliyinizlə gündən-günə inkişaf edərək gücləndiyini məmnunluqla müşahidə edirəm. Türkiyə Respublikası və Azərbaycan Respublikası hər keçən gün bir-birinə daha da yaxınlaşmaqda və əlaqələrimiz güclənməkdədir.

Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan Milli Məclisinin və Qafqaz İslam Ordusunun 100-cü ildönümünü qeyd etdiyimiz bu ildə strateji tərəfdaşlıq səviyyəsindən də daha yüksək səviyyəyə çatdırdığımız əlaqələrimizin rəmzi olan TANAP və "Star" neft emalı zavodu kimi böyük layihələri həyata keçirməyimizdə Zati-alinizin uzaqgörən liderliyinin və mühüm töhfələrinin oynadığı rolu son dərəcə əhəmiyyətli hesab etdiyimi bildirmək istəyirəm.

Zati-alinizə yeni yaşınızda cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqına sülh, rifah və əmin-amanlıq arzulayıram".

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR