SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Əri evdə 3 uşağa baxır, özü isə işləyir - Yeni kanslerin həyatı

8-12-2018, 13:37 | Oxunub: 10 617 |

Əri evdə 3 uşağa baxır, özü isə işləyir - Yeni kanslerin həyatı
Almaniya kansleri Angela Merkelin yerinə gətirilən Xristian-Demokratik İttifaqının yeni rəhbəri Anneqret Kramp-Karrenbauerin həyat və fəaliyyəti dünya mediasının gündəminə çevrilib.

Emtv.az xarici KİV-ə istinadən yeni kanslerin həyatından maraqlı faktları təqdim edir:Əri evdə 3 uşağa baxır, özü isə işləyir - Yeni kanslerin həyatı
Kramp-Karrenbauer 2011-2018-ci illərdə Saarland əyalətinin rəhbəri olub. O, bu vəzifəni icra edən ilk qadın olaraq siyasət tarixinə adını yazdırıb. Anneqret 9 avqust 1962-ci ildə Almaniyanın Völklinqen şəhərində doğulub. Hazırda ailəsi ilə Püttlinqen şəhərində yaşayır.
Qatı katolikdir

Ziyalı ailəsində doğulan Anneqret Kramp-Karrenbauer bazar günləri kilsəyə gedib dualarını edir, cümə günləri isə ət yemir – bir sözlə, qatı katolikdir. Anneqret 1982-ci ildə “Marie-Luise-Kaschnitz” gimnaziyasını bitirib. Elə həmin il Trier və Saarbrücken universitetlərində hüquq və siyasi elmlər üzrə araşdırmalarına başlayıb və 1990-cı ildə “Magistr Artium”la elmi işlərini bitirib.
Əri evdə 3 uşağa baxır, özü isə işləyir - Yeni kanslerin həyatı
Anneqret Kramp-Karrenbauer 1999-2000-ci illərdə XDİ-nin parlament qrupunun direktoru vəzifəsini icra edib. 2000-ci ildə daxili işlər və idman naziri təyin olunub. O, Almaniyanın ilk qadın daxili işlər naziridir
.

Ailə həyatı

Anneqret 1984-cü ildə mühəndis Helmut Karrenbauerlə ailə qurub. 3 uşağı var. Heç bir yerdə işləməyən Helmut evdə 3 uşağına baxır. Anneqretlə Helmut nikahdan əvvəl belə bir razılığa gəlib: “Kim daha çox qazanacaqsa, o da işləyəcək”.
Anneqret Kramp-Karrenbauer Angela Merkelin çağırışı ilə bu ilin 26 fevralında Xristian-Demokratik İttifaqının katibliyi vəzifəsinə gətirilib.

Xumar Rəsulova
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR