SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyin olundu

16-10-2017, 16:01 | Oxunub: 10 709 |

Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyin olundu

Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyinatı gerçəkləşib.

Emtv.az report-a istinadən xəbər verir ki, bu vəzifə Namiq Novruzova həvalə olunub. N.Novruzov bu yaxınlarda Azərbaycan Turizm və Menecment Universitetinə rektor təyin olunmuş İlham Mədətovu əvəzləyib.

Faktı "Report"a açıqlamasında Nazirliyin mətbuat katibi Səmayə Məmmədova da təsdiqləyib.

Qeyd edək ki, Novruzov Namiq Samur oğlu 1978-ci ildə Bakı şəhərində anadan olub. O, Bakı şəhər 6 nömrəli məktəbdə təhsil alıb. Təhsilinin son, 10-cu sinfini Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində "Timwater high school" da davam etdirib. 1995-1996-cı illərdə ABŞ-ın "Centralia Community Colleg"in siyasi elmlər fakultəsində, 1997-1998-ci illərdə İngiltərənin paytaxtı Londonda hazırlıq kursunda təhsil alıb. 1999-cu ildə İngiltərənin Liverpul Con Mörs Universitetinə qəbul olunub, daha sonra təhsilini Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsində davam etdirib.

2003 - 2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakultəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. 2007 - 2011-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının menecment fakultəsində təhsil alıb.

2000-ci ildə BM hüquq şirkətində hüquqşünas köməkçisi vəzifəsində fəaliyyətə başlayıb və 2006-cı ildə həmin şirkətdə vitse prezident vəzifəsinə qədər yüksəlib.

2007 - 2010- cu illərdə müxtəlif şirkətlərdə hüquq şöbəsinin müdiri və direktor vəzifələrində çalışıb.

2012-ci ildən Gənclər və İdman Nazirliyində Regionlarla iş və kadrlar şöbəsinin Regionlarla iş sektorunda aparıcı məsləhətçi, 2013-cü ildən isə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və beynəlxalq qurumlarla iş sektorunun müdiri səlahiyyətlərini icra edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR