SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Stomatoloji kabinetlərdə QİÇS təhlükəsi var" - HƏKİM

22-11-2018, 10:54 | Oxunub: 15 867 |

"Stomatoloji kabinetlərdə QİÇS təhlükəsi var" - HƏKİM
"Bu günə qədər QİÇS-lə Mübarizə Mərkəzinə stomatoloji xidmətlərdən istifadə edərkən İİV-ə yoluxma faktı ilə bağlı müraciət daxil olmasa da, stomatoloji kabinetlərdə İİV virusuna yoluxma təhlükəsi var".

Emtv.az xəbər verir ki, bunu yerli mənbələrə müsahibəsində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib.

Şöbə müdiri deyib ki, insanlar ilk öncə stomatoloji kabineti və stomatoloji klinika anlayışlarını ayırd etməlidirlər: "Əgər hər hansı şəxs stomatoloji kabinetə gedirsə, daha ciddi diqqət yetirməlidir. Çünki yalnız stomatoloji klinikalarda qanlı prosedurlar, qanlı əməliyyatlar həyata keçirilməsinə icazə verilir. Dişin çıxarılması özü kiçik cərrahi əməliyyatdır, bu, mütləq stomatoloji klinikalarda həyata keçirilməlidir, stomatoloji kabinetlərdə yox. Sözsüz ki, bəzi stomatoloji kabinetlər buna riayət etmir, dişin çıxarılması ilə məşğul olurlar, biz bunu da görürük.

Stomatoloji kabinetlərdə bu hallarda sözsüz ki, alətlərdən istifadə edilir. Hər iki halda vətəndaşlar ilk növbədə təmizliyin necə olmasına diqqət yetirməlidirlər. Bundan əlavə, sterilizator və paketləmə qurğusunun olub-olmadığına nəzarət edilməlidir. Vətəndaşlar ağız boşluğunda adi prosedurlar, dişlərin ağardılması və digər proseslərin hamısında həmin bu alətlərin paketlənmə qurğusundan çıxmasının şahidi olmalıdırlar. Yəni həmin alətlər steril paketlərdən çıxarılaraq istifadə edilməlidir. Görürsünüz ki, stomatoloq həmin alətlərin yığıldığı qabdan bir aləti seçib çıxarır, istifadə edir, buna qətiyyən yol vermək olmaz. Belə hal olarsa, bu o deməkdir ki, bu alətlər sterilizasiya edilməyib. Sözsüz ki, vətəndaşların həmin yerdən çıxıb getmələri məsləhətdir. Çünki həmin yerdə nəinki virus ola bilər, həm də bakterioloji yoluxmalara məruz qala bilərlər. Bir məqamı da qeyd edim. İmplantlar özü virus daşımır, virus qanın tərkibində, bioloji mayelərdə olur. Lakin həmin implantların qoyulması zamanı istifadə edilən alətlərin çirklənməsi artıq yoluxma riskini artırır".

N. Zülfüqarov hesab edir ki, bu sahədə problem tədricən həll olunur: "Kifayət qədər böyük klinikalar fəaliyyət göstərir. Hər bir vətəndaş ilk növbədə öz sağlamlığının qorunmasına nəzarət etməlidir. Vətəndaşların stomatoloji kabinetlər əvəzinə stomatoloji klinikalardan istifadə etməsi məqsədə uyğundur".

Aynurə Kərimli
Emtv.az
Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR