SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Məcburi dövlət sosial sığortahaqqını ödəyən hər bir vətəndaş sığorta stajı qazanmış olur

7-11-2018, 16:41 | Oxunub: 12 922 |

Məcburi dövlət sosial sığortahaqqını ödəyən hər bir vətəndaş sığorta stajı qazanmış olur

Vətəndaşlara təyin olunan pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.

Emtv.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi tərəfindən sığortaolunanların iştirakı ilə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqında keçirilən tədbirdə danışılıb.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək, məcburi dövlət sosial sığortasının əhəmiyyəti barədə məlumat verib.

Fondun Naxçıvan Şəhər Şöbəsinin müdiri Vüsal Məmmədzadə çıxışında qeyd edib ki, hər bir vətəndaş ahıl dövrünün maddi təminatının məsuliyyətini əmək fəaliyyəti göstərdiyi vaxtdan düşünməli, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.

Bildirilib ki, sığortaolunanın pensiyasının məbləği birbaşa onun əmək fəaliyyəti dövründə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məcmusundan asılıdır. Sığortaolunanın fərdi şəxsi hesabında toplanan pensiya kapitalı çox olarsa, onda onun əmək pensiyasının məbləği də artacaqdır.

Tədbirdə fondun Naxçıvan Şəhər Şöbəsinin gəlirlər sektorunun müdiri Asim Cəfərov sığorta-pensiya sisteminin xüsusiyyətlərindən danışıb. Qeyd olunub ki, məcburi dövlət sosial sığorta haqları fondun internet səhifəsində onlayn ödəmə bölməsinə daxil olmaqla plastik bankomat kartlarla, banklarda nağd qaydada onlayn ödəniş yolu ilə və yerli poçt şöbələri vasitəsilə ödənilə bilər.

Fondun Naxçıvan Şəhər Şöbəsinin pensiyaların təyinatı sektorunun müdiri Mənsur Mahmudov isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, əmək pensiyasının növləri, sosial sığorta stajının müəyyən olunması, pensiyaçılara pensiyaların ödənişində mütərəqqi ödəniş metodlarının tətbiqi haqqında məlumat verib.

Tədbirdə mövzu ilə əlaqədar slayd göstərilib və sığortaolunanları maraqlandıran suallar cavablandırılıb.

Sonra “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı Aparatının rəhbəri Azər Cəfərov çıxış edərək bildirib ki, “Cahan Holdinq”də yeni əmək fəaliyyətinə başlayan hər bir sığortaolunan ilə əmək müqaviləsinin bağlanılması, qanunvericiliklə müəyyən olunmuş məbləğlərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və onların fərdi uçotunun təşkili ilə əlaqədar tələb olunan hesabat və məlumatların Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması hər zaman diqqətdə saxlanılır.

Sonda bir neçə sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim edilib.

Seymur Rəhimov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR