SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

SIAL Paris beynəlxalq qida sərgisində Naxçıvan Muxtar Respublikası da təmsil olunub

24-10-2018, 18:10 | Oxunub: 11 205 |

SIAL Paris beynəlxalq qida sərgisində Naxçıvan Muxtar Respublikası da təmsil olunub

Oktyabrın 21-də Fransanın paytaxtı Paris şəhərində açılan SIAL beynəlxalq qida sərgisində muxtar respublikada fəaliyyət göstərən “Naxçıvan Məhsulları”, “F.H. Oğulları” və “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli cəmiyyətlərinin nümayəndələri də iştirak edir.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti sərgidə öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edir.

Sərgidə Azərbaycan pavilyonunda Naxçıvan Muxtar Respublikasına ayrıca guşə ayrılıb.

Sərgi çərçivəsində Azərbaycan, o cümlədən Naxçıvan şirkətlərinin nümayəndələri Avropa İttifaqının alıcı şirkətləri ilə görüşlər keçirir və ixrac məsələlərinə dair müzakirələr aparırlar.

Qeyd edək ki, 1964-cü ildən dünyanın müxtəlif ölkələrində keçirilən SIAL sərgisinə bu il 109 ölkədən 7 mindən çox şirkət qatılıb. Bu şirkətlər ərzaq sahəsində 23 sektoru əhatə edir.

SIAL Paris beynəlxalq qida sərgisi oktyabrın 25-dək davam edəcək.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR