12 okt 12:34Oxunub: 57 |

Con Bolton Bakıya nə vaxt gələcəyini açıqladı – Səfərin məqsədi nədir?

Con Bolton Bakıya nə vaxt gələcəyini açıqladı – Səfərin məqsədi nədir?

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri, xarici siyasətdə sərt xətt tərəfdarı olan və xüsusən İrana qarşı aqressiv mövqeyi ilə tanınan Con Bolton Rusiyaya və Cənubi Qafqaz respublikalarına səfərinin tarxini açıqlayıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu səfər barədə ilk dəfə bir neçə gün əvvəl erməni politoloqlardan biri məlumat yaymışdı.

Amma rəsmi kanallarda bu haqda heç nə deyilmirdi.

“Oktyabrın 20-də mən öz həmkarlarım və digər yüksək vəzifəli şəxslərlə təhlükəsizlik sferasında Amerika maraqlarının irəli aparılması məqsədi ilə görüşlər keçirmək üçün Rusiyaya, Azərbaycana, Ermənistana və Gürcüstana səfər edəcəyəm”-Con Bolton özünün Twitter-bloqunda yazıb.

Analitiklər hesab edir ki, Con Boltonun səfərinin əsas məqsədi İrana qarşı tətbiq edilmiş sanksiyaların həyata keçirilməsinə dair region ölkələri ilə danışıqlar aparmaqdır.

İsmayil İsmayilov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 943
XƏBƏR LENTİ

Reklam
Məzənnə