17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Azərbaycanlı zənginlər Bosfor sahillərində tarixi villalar alır
Türkiyə iqtisadiyyatında yaşanan böhran və milli valyutanın dəyərdən düşməsi nəticəsində Bosfor boğazı sahillərindəki tarixi malikanələrin çoxu satışa çıxarılır.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Bosfor sahillərindəki dəbdəbəli tarixi villaların və malikanələrin sahibləri öz daşınmaz əmlaklarından yaxa qurtarmağa çalışırlar. Boğaz sahillərində 600-ə qədər villa var və onlardan 60-ı satışa çıxarılıb.
“Bu villaların qiyməti 4.5 milyon dollardan 90 milyon dollar arasında dəyişir. Hərəsinin öz tarixi var. Bosforun aşıya və Avropa sahillərində cəmi 60 villa satışa çıxarılıb”-daşınmaz əmlak agenti Uğur Ayxan yerli KİV-lərə bildirib.
Potensial müştərilər isə türklər deyil, Qətər, İran və Azərbaycan vətəndaşlarıdır. Belələri boğaz sahillərində villalar almaqla həm də Türkiyə vətəndaşı pasportunu ala bilərlər. Çünki bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğan xaricilərin vətəndaşlıq alması üçün qaydaları sadələşdirib.
İsmayil İsmayilov
Emtv.az