SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ermənistanda vəziyyət gərginləşdi: Prezident 6 naziri istefaya göndərdi – Video

3-10-2018, 12:41 | Oxunub: 7 985 |

Ermənistanda vəziyyət gərginləşdi: Prezident 6 naziri istefaya göndərdi – Video

Ermənistanda prezident Armen Sarkisyanın fərmanı ilə 6 nazir istefaya göndərilib.

Emtv.az xəbər verir ki, istefaya göndərilənlər iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan, kənd təsərrüfatı naziri Artur Xaçatryanr (hər ikisi “Daşnaksütun” partiyası), fövqəladə hallar naziri Qraçya Rostomyan, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclər naziri Levon Vaqradyan, enerji infrastrukturları və təbii sərvətlər naziri Artur Qriqoryandır (hamısı “Çiçəklənən Ermənistan” partiyasından).

Daha öncə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyalarının nazir və qubernatorları işdən çıxarılandan sonra istefa verəcək.

Paşinyan bildirib ki, o öz səlahiyyətlərini qoruyub saxlayacaq və istefadan sonra da baş nazir kimi öz vəzifəsini yerinə yetirəcək: “Nazirlər və qubernatorların işdən azad olunma haqqında qərar de-yure qüvvəyə mindikdə, mən istefaya gedəcəm… Ancaq baş nazir vəzifələrini icra edəcəyəm”.

Daha sonra Paşinyan Ermənistan Milli Məclisinin deputatları ilə bağlı qapı arxasında danışıqlar aparıb.

Öz növbəsində “Daşnaksütun” partiyası bəyan edib ki, öz nazirlərini geri çağırır.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR