SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Putinlə birlikdə Azərbaycana Rusiya biznesi gəlir – Rusiyalı ekspert

24-09-2018, 10:55 | Oxunub: 8 747 |

Putinlə birlikdə Azərbaycana Rusiya biznesi gəlir – Rusiyalı ekspert

İki gündən sonra – sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana səfərə gələcək. Bu cavab səfəri Bakıda Rusiya-Azərbaycan Regionlararası forumun keçirildiyi günlərə təsadüf edəcək və iki dövlətin çoxşaxəli əməkdaşlığının təzahürü olacaq.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Rusiyalı jurnalist Andrey Şapoşnikov “Moskva-Baku.ru” portalı üçün hazırladığı süjetdə bildirir ki, hazırda Rusiya ilə Azərbaycanın münasibətləri ən yüksək nöqtəsinə çatıb. Azərbaycan Rusiyanın regionda iqtisadi, siyasi və hərbi məsələlər üzrə əsas müttəfiqinə çevrilib. İki ölkənin biznesi müxtəlif sahələrdə sıx əlaqədədir, ölkələr logistika layihələrini fəal şəkildə inkişaf etdirirlər ki, bunların arasında Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur.

İndi isə Xəzərdə əməkdaşlıq iqtisadi əlaqələrin fəallaşması üçün əsas istiqamətlərdən biridir. Bakıya Putinlə birlikdə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin də gəlir və özü ilə Rusiya biznesini gətirir. Azərbaycanda artıq “KamAZ”, “QAZ”, “LUKoil” və başqa nəhəng şirkətlər fəaliyyət göstərir.

Son illər ərzində Azərbaycan Rusiya silahlarına üstünlük verməklə ölkənin vacib hərbi tərəfdaşına çevrilib. Bu günlərdə Bakıda keçirilən və paytaxt şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda bütün dünya Rusiya hərbi texnikasını izləmək imkanı əldə etdi. Putinin Azərbaycana səfəri günlərində Bakıda müdafiə sənayesinə həsr olunmuş ADEX-2018 sərgisi keçiriləcək. Burada da Rusiyada istehsal edilən ən müasir silahlar nümayiş etdiriləcək.

Əliyevlə Putinin danışıqlarında əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olacaq. Bu yaxınlarda Putin Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşüb. Yəqin ki. həmin görüşdə də bu mövzu müzakirə edilib. Ermənistanın baş nazirinin hərəkətlərini proqnozlaşdırmaq çətindir. Sözdə o. Rusiya ilə müttəfiq olduğunu desə də, bir gözü Qərbdədir. Ermənistanla bu anlaşılmazlıq fonunda Rusiya Azərbaycanla yaxınlaşır.

Soçidə Putin düz bir saat İlham Əliyevlə protokoldan kənar söhbət edib. Bir çox ekspertlərin fikrincə, Putin həmin görüşdə Əliyevə əhəmiyyətli təklif edib. Söhbət Azərbaycanın KTMT və Şanxay Əməkdaşlıq Təşkilatı kimi strukturlara mümkün üzvlüyündən gedə bilər.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR