SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan Prezidenti bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib

20-09-2018, 15:06 | Oxunub: 6 041 |

Azərbaycan Prezidenti bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib

Prezident İlham Əliyev sentyabrın 20-də Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfərə gələn Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Humədi, Oman Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirini, Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimi, Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncarini, Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançevanı, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekovu, ATƏT Parlament Assambleyasının prezidenti George Tseretelini, Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərifi qəbul edib.

Emtv.az xəbər verir ki, dövlət başçısı, ilk növbədə, Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən tədbirin önəmini vurğulayıb və bu tədbirdə iştirak etmək üçün ölkəmizə səfərə gələn qonaqlara təşəkkür edib. Dost ölkələrin nümayəndələrinin bu tədbirdə təmsil olunmasını ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin nümayişi kimi dəyərləndirən Prezident İlham Əliyev onların təmsil etdikləri ölkələrə səfərlərini məmnunluqla xatırladıb.

Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər çox yaxşı səviyyədədir və əlaqələrimiz müxtəlif sahələri əhatə edir. Prezident İlham Əliyev deyib ki, qonaqların ölkəmizə bu səfəri onların həm Azərbaycanla yaxından tanış olmaları üçün yaxşı imkan yaradacaq, həm də parlamentlərarası əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarını dövlət başçısına çatdırıb. O, tədbirdə şəxsən Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın tapşırığı ilə iştirak etdiyini deyib. Mərzuq Əli əl-Ğanim Bakıya birinci dəfə səfər etdiyini vurğulayaraq bildirib ki, paytaxtımıza gəldiyi ilk andan şəhərdəki gözəllik və inkişaf onlarda böyük təəssürat yaradıb. O, əminliklə bildirib ki, bu cür tədbirlər parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi, eyni zamanda digər ölkələrin və xalqların Azərbaycanla daha da yaxınlaşması işinə xidmət edir. Küveytli qonaq Prezident İlham Əliyevə və Azərbaycan xalqına ən xoş arzularını çatdırıb. O, ölkəmizə məmnunluqla yenidən səfər edəcəklərinə ümidvar olduqlarını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə fəal əməkdaşlıq həyata keçirdiyini və ölkəmizin dostlarının sayının gündən-günə artdığını vurğulayıb.

Dövlət başçısı Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Küveyt dövlətinin başçısına çatdırmağı xahiş edib.

Sonda xatirə şəkli çəkdirilib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR