SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezident İlham Əliyev Avstriyanın vitse-kanslerini qəbul edib

19-09-2018, 11:59 | Oxunub: 6 443 |

Prezident İlham Əliyev Avstriyanın vitse-kanslerini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Emtv.az xəbər verir ki, dövləti başçısı Azərbaycan ilə Avstriya arasında əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayaraq Avstriyanın keçmiş Prezidenti Haynts Fişerin Azərbaycana və özünün Avstriyaya rəsmi səfərini məmnunluqla xatırladıb. İqtisadi sahədə əməkdaşlığın da çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bir sıra Avstriya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğulayıb.

Dövlət başçısı əminliklə qeyd edib ki, Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxenin böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsi onların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaradacaq və səfər zamanı idman, nəqliyyat və digər sahələrdə əməkdaşlıqla bağlı aparılan danışıqlar ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Vitse-kansler Haynts-Kristian Ştraxe Avstriya Respublikasının Kansleri Sebastian Kurtsun salamlarını dövlət başçısına çatdırıb. Haynts-Kristian Ştraxe qeyd edib ki, böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin əsas məqsədi yaxşı səviyyədə olan Avstriya-Azərbaycan əlaqələrini daha da dərinləşdirmək və əlaqələrimizin xoş ənənələrindən çıxış edərək bu işlərə töhfə vermək niyyətindən ibarətdir.

O, iki ölkə rəsmiləri arasında təmasların əlaqələrimizin inkişafı baxımından önəmli olduğunu deyib. Haynts-Kristian Ştraxe ölkələrimiz arasında iqtisadi və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək, strateji əhəmiyyətli məsələlərin müzakirəsi və konkret birgə layihələrin icrası məqsədilə şuranın yaradılmasını və bu şuranın iclaslarının mütəmadi olaraq keçirilməsini təklif edib.

O, eyni zamanda, bildirib ki, ölkəsi Avropa İttifaqından Azərbaycana investisiyaların cəlb olunması, Avstriya texnologiyalarının ölkəmizə gətirilməsi və burada istehsal olunan məhsulların ixrac edilməsində maraqlıdır. Qonaq, həmçinin qeyd edib ki, Avstriya tərəfi Azərbaycan şirkətlərinin ölkəsində təmsil olunmasına da maraq göstərir və Azərbaycan məhsullarının Avropa İttifaqı bazarlarına çıxarılması işində ölkəmizə dəstək verməyə hazırdır.

Dövlət başçısı Avstriya Kansleri Sebastian Kurtsun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avstriyanın Federal Kanslerinə çatdırmağı xahiş edib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR