SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Atasını yandıran oğula və dostlarına ağır CƏZA

14-09-2018, 13:06 | Oxunub: 7 693 |

Atasını yandıran oğula və dostlarına ağır CƏZA

Bakıda ağır qətl hadisəsi törətməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Elməddin İsmayılov, 1992-ci il təvəllüdlü Nəcməddin İsmayılov və 1976-cı il təvəllüdlü Vəlican Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Vəlican Dadaşov 19 il, Elməddin Əliyev 18 il, Nəcməddin İsmayılov isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin Bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib.

Polis və prokurorluq orqanlarının təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində törədilən qətlin üstü isti izlərlə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.

Rayon polis və prokurorluq orqanları əməkdaşlarının hadisə yerinə keçirdiyi baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olduğu və onun kəsici-deşici alətlə qətlə yetirildiyi müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İbrahim Əliyevin oğlu Elməddin tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq, cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar - Vəlican Dadaşov və Nəcməddin İsmayılov saxlanılaraq istintaqa cəlb ediliblər.

İbrahim Əliyevi öldürən oğlu Elməddin Əliyev hadisənin təfərrüatı barədə ifadə verib.

Elməddin Əliyev atasını öldürdüyünü və daha sonra izi itirmək məqsədilə evi yandırdığını etiraf edib. Bildirib ki, əsgərlikdən yeni gəlib və qəsəbədə olan zaman atası haqqında xoşagəlməz xəbərlər eşidib.

Onun sözlərinə görə, qəsəbədə atasının cinsi azlıq nümayəndəsi kimi bir neçə oğlanla cinsi əlaqədə olmasından danışırlarmış.

Elməddin Əliyev bu səbəbdən atasını öldürmək qərarına gəlib: “Atamı öldürmək üçün plan qurdum. Mənə bu işdə kömək göstərməsi üçün dostlarım Vəlican Dadaşov və Nəcməddin İsmayılova planım barədə danışdım. Sonra onlarla birlikdə əmimin bağ evində qalan atamın yanına getdim. Orada atama “sən oğlanla görürüşürsən, əxlaqsızlıq edirsən” dedim. Atam mənə dostlarımın yanında şillə vurdu.

Bu zaman stolun üstündəki bıçağı götürərək, atamın ürəyinə sancdım. Sonra dostlarımla birlikdə evi yandırdıq. Oranı tərk etdik”.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR