SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ABŞ Suriyada hərbi əməliyyatlara başladı – Terror təşkilatı ilə birlikdə

14-09-2018, 08:10 | Oxunub: 7 786 |

ABŞ Suriyada hərbi əməliyyatlara başladı – Terror təşkilatı ilə birlikdə

YPG terror təşkilatı ABŞ-la birlikdə Suriyanın neftlə zəngin Deyr əz-zor əyalətinindəki İŞİD-in nəzarətində olan Hajin yaşayış məntəqəsinə hərbi əməliyyatlara başlayıb.

Emtv.az xəbər verir ki, Suriyanın İdlib bölgəsində gərginliyin davam etdiyi bir zamanda ABŞ PKK/YPG terror təşkilatı ilə Fəratın şərqində nəzarətini daha genişləndirmək və gücləndirmək üçün hərbi əməliyyatlar keçirməyə başlayıb.

Bu məqsədlə ABŞ ordusu Suriyanın neftlə zəngin Deyr əz-zor şəhərində İŞİD-in nəzarətindəki Hajin rayonuna hərbi əməliyyatlara başlayıb.

Vaşinqtonun dəstəyi ilə PKK terror təşkilatı Hajini ələ keçirəndən sonra Fəratın şərqindəki su və enerji mənbələrini tamamilə ələ keçirmiş olacaq.

Hajin rayonunda İŞİD-in yüzlərlə silahlı dəstəsi olduğu bildirilir.

“Yeni Şafak”ın yazdığına görə, ABŞ Suriyadakı müttəfiqi PKK/PYD terror təşkilatının nəzarətində olan ərazilərdə yeni bazalar yaratmaqla hərbi varlığını gücləndirir. ABŞ 2015-ci ilin oktyabr ayından indiyədək Hasekedə 2 hərbi aviabaza, Rakka, Mənbiç də daxil olmaqla ümumilikdə 8 operativ hərbi düşərgəsi fəaliyyət göstərir. Vaşinqton 2017-ci ilin iyul ayından bu yana isə 5 yeni opretiv gözləmə məntəqəsi qurub. Bunlardan 2-si Mənbiçdə, Rakkanın şimalındakı Tel- Əbyad rayonunda isə 2 hərbi məntəqə qurub.

ABŞ-ın bu ərazini nəzarəti ələ keçirməsində əsas məqsəd İraq sərhədində yerləşən enerji ilə zəngin olan Deyr əz-zora nəzarət etməkdir. Buranı nəzarətə götürdükdən sonr a bu ərazidə ABŞ dah bir baza inşa edəcək. Çünki Deyr əz-zorun cənub-şərqində neft və qaz ehtiyatına malik Kotan ərazisi yerləşir. Bura varlı bir ərazi olduğundan sürətlə inkişaf edir və Fərat çayından 10 km məsafədə yerləşir. ABŞ burada hərbi baza inşa etməklə Kotan neft və qaz ərazisi ilə yanaşı, Tanak neft emalı zavoduna, Ömər neft ərazisinə nəzarət etmiş olacaq.

Qeyd edək ki, Suriyanın enerji mənbələrinin 70 faizi bu ərazilərdə yerləşir. Bununla ABŞ həm də Suriyanın böyük su ehtiyatlarına nəzarət etmiş olacaq.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR