SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ramil Usubov Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

5-09-2018, 15:27 | Oxunub: 11 360 |

Ramil Usubov Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Rusiya Federasiyasının ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.

Emtv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir yeni təyinat münasibətilə səfiri təbrik edib, təcrübəli diplomat kimi ona ölkəmizdəki xidməti fəaliyyəti müddətinndə uğurlar arzulayıb. Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin əsrlər boyu mehribanlıq şəraitində və dinc yanaşı yaşayan xalqlarımızın mənafelərinə cavab verdiyi, hər iki ölkənin Prezidentləri İlham Əliyevin və Vladimir Putinin dostluq münasibətlərinə və siyasi iradələrinə uyğun olaraq əməkdaşlığın bütün sahələrdə, o cümlədən iki dövlətin aidiyyatı orqanları arasında uğurla inkişaf etdiyi, bugünlərdə Azərbaycan Prezidentinin Rusiya Federasiyasına səfər etməsindən, orada aparılan danışıqlardan, imzalanan sənədlərdən sonra ikitərəfli əlaqələrin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, Daxili İşlər Nazirliklərini də sıx təmaslar və peşəkar əlaqələr birləşdirdiyi, səmərəli işbirliyinin ilbəil daha da möhkəmləndiyi bildirilib.

Daha sonra mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə qonağa məlumat verilib.

Nazir cəmiyyət həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar barədə danışıb, cinayətlərin qarşısının alınmasında ən müasir informasiya texnologiyalarının, xüsusən DİN-in “Təhlükəsiz şəhər” Xidmətinin və “102 Xidməti” Zəng Mərkəzinin imkanlarından da geniş istifadə olunduğunu vurğulayıb.

Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər Nazirliklərinin əlaqəli fəaliyyətinin hər iki ölkədə cinayətkarlıqla mübarizəyə, ictimai təhlükəsizliyin təmininə müsbət təsir göstərdiyini deyən nazir son illər qarşılıqlı faydalı işbirliyinin müxtəlif istiqamətlərində, xüsusən transmilli mütəşəkkil cinayətkarlığın növlərinə, o cümlədən, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya, insan alverinə qarşı mübarizədə, həmçinin cinayətlərin açılması, axtarışda olanların tutulması, onların ekstradisiyası, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin keçirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması sahələrində müsbət nəticələr qazanıldığını məmnunluqla xatırladıb.

Səfir Mixail Boçarnikov səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edərək Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın vəziyyətindən məmnunluğunu bildirib. O, hazırkı görüşün də ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verdiyini, qarşılıqlı faydalı işbirliyinin müsbət nəticələri olduğunu xatırladaraq bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Sevinc Əlimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR