SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ən çox şikayət olunan icra başçıları – SİYAHI

24-08-2018, 16:39 | Oxunub: 14 595 |

Ən çox şikayət olunan icra başçıları – SİYAHI

Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, vətəndaşların daha çox haqqında müraciət etdiyi və adları açıqlanan bəzi rayonlar bu gün də öz “lider”liyini qoruyub saxlamaqdadır

Bu günə qədər Azərbaycanın bütün rayonlarında iqtisadi-sosial layihələr həyata keçirilib, bölgələrimizin siması tamamilə dəyişdirilib və insanların sosial təminatının möhkəmlənməsi istiqamətində mühüm addımlar atılıb.

Dövlət başçısının tapşırığı ilə nazirlər, komitə sədrləri də rayonlara səfər edərək əhali ilə görüşürlər, onların mövcud problemlərinin yerindəcə həll edilməsi üçün müvafiq tapşırıqlar verirlər. Əslində həqiqətən də buna ehtiyac var, ölkənin bir neçə rayonlarda məmur hegemonluğu pik həddə çatıb, yerli icra hakimiyyəti orqanları və icra başçıları ilə vətəndaşlar arasında dərin bir uçurum var.

Hələ 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun vətəndaşların müraciətləri ilə bağlı mətbuata verdiyi məlumatlarda insanların daha çox müraciət etdiyi rayonların siyahısı öz əksini tapmışdı.

Eyni zamanda vətəndaşların daha az müraciət etdiyi rayonların da siyahısı açıqlanmışdı. Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, vətəndaşların daha çox haqqında müraciət etdiyi və adları açıqlanan bəzi rayonlar bu gün də öz “lider”liyini qoruyub saxlamaqdadır.

Emtv.az xəbər verir ki, bu barədə məlumatı bolgexeber.com saytı yayaraq qeyd edir ki, redaksiyamıza ünvanlanan şikayət məktublarını, ümumi çəkiliş planlarımızı, müraciətlərin sayını və digər mühüm amilləri nəzərə alaraq vətəndaşların daha çox şikayət etdiyi rayonların, icra başçılarının siyahısını hazırlamışıq. Siyahıda obyektivlik tamamilə gözlənilib və bu siyahı bolgexeber.com saytının subyektiv analitik mövqeyi kimi başa düşülməlidir.

Ən çox şikayət olunan icra hakimiyyətləri və icra başçıları:

1. Beyləqan rayonu, icra başçısı Vaqif Abdullayev
2. Ağcabədi rayonu, icra başçısı Şahin Məmmədov
3. Kürdəmir rayonu, icra başçısı Ceyhun Cəfərov
4. Mingəçevir rayonu, baçısı Niyazi Bayramov
5. Ağsu rayonu, başçısı Ənvər Seyidəliyev
6. Astara rayonu, icra başçısı Qəzənfər Ağayev
7. Nəsimi rayonu, icra başçısı Asif Əsgərov
8. Xızı rayonu, icra başçısı Xəzər Aslanov

Apardığımız araşdırmalar onu deməyə əsas verir ki, vətəndaşlar daha çox rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti, müraciətlərə baxılma, torpaq, Qarabağ münaqişəsi, sosial müdafiə, mənzil, şəhərsalma və tikinti, sənaye, sahibkarlığın inkişafı, qaçqınlar və məcburi köçkünlər, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər məsələləri və sair mövzularda müraciət edərək şikayətlərini bildirirlər.

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR