SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

600-dən çox bal topladılar, universitetə qəbul ola bilmədilər

24-08-2018, 09:38 | Oxunub: 8 655 |

600-dən çox bal topladılar, universitetə qəbul ola bilmədilər

Dövlət İmtahan Mərkəzi boş qalan plan yerləri üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin sayı, imtahan ballarının paylanması və s. haqqında bəzi statistik göstəriciləri açıqlayıb.

Emtv.az xəbər verir ki, mərkəzdən daxil olan məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələrinə əsasən, I ixtisas qrupu üzrə 420-dən yuxarı bal toplayanların hamısı ali məktəblərə qəbul olublar. İlk yerləşdirmədən sonra isə bu göstərici 540 bal idi. Əlavə yerləşdirmədən sonra bu ixtisas qrupu üzrə 410-419 bal intervalında olan yalnız 1 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. 300 və daha yuxarı bal toplayan abituriyentlərdən 2-si tələbə adını qazana bilməyib. Ümumiyyətlə isə 200 və daha artıq bal toplayaraq müsabiqədə iştirak etmək hüququ olanlardan (13169 nəfər) cəmi 8 abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib. Qeyd edək ki, ilk yerləşdirmədən sonra belə abituriyentlərin sayı 93 idi.
II ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 490 və daha yuxarı bal toplayanların, əlavə yerləşdirmədən sonra isə 420 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olublar. 400 bal və daha yuxarı toplayanlardan 2 abituriyent tələbə adını qazana bilməyib. Bu ixtisas qrupu üzrə 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 13 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 106 nəfər idi.

III ixtisas qrupu üzrə 550 və daha yuxarı bal toplayanların hamısı tələbə adını qazanıb. Bu ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 500 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmayanların sayı 21 nəfər idisə, ikinci yerləşdirmədən sonra bu göstərici 6 nəfərə bərabərdir. 200 və daha yuxarı bal toplayaraq uğur əldə edə bilməyənlərin sayı 410 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 796 nəfər idi.

IV ixtisas qrupu üzrə yalnız 610 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olublar. 600-609 bal intervalında olan abituriyentlərdən 5 nəfər ali təhsil müəssisələrinə qəbul ola bilməyib. İlkin yerləşdirmədən sonra isə belə abituiyentlərin sayı 6 nəfər idi. 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı isə 253 nəfərdir. I mərhələdə bu göstərici 386 nəfər idi.

Ümumiyyətlə, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə boş qalan plan yerlərinə qəbul olmaq üçün aparılan əlavə yerləşdirmədən sonra 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 684 nəfər olmuşdur. 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin sayı isə 38201 nəfər idi.
Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı aparılır. İlk mərhələdən qəbul olanlar avqustun 28-dək (şənbə və bazar günləri daxil olmaqla) , boş qalan plan yerlərinə qəbul olanlar isə sentybarın 3 dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR