SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Lirənin ucuzlaşması qiymətlərə təsir edəcək?

13-08-2018, 12:03 | Oxunub: 7 563 |

Lirənin ucuzlaşması qiymətlərə təsir edəcək?

Türkiyədə liranın kəskin dəyərini itirməsi hazırda Azərbaycanda satılan türk geyim məhsullarına təsir etməyib. Milli.Az bildirir ki, geyim məhsullarının Türkiyədən gətirən ticarətçilər deyir ki, satışdakı məhsullar əsasən lirənin dəyər itirməsindən əvvəl gətirilib. Amma bundan sonra gətirilən məhsullarda da elə bir ciddi qiymət fərqi olmayacaq.

Emtv.az xəbər verir ki, Türkiyədən gətirilən mallar lirə ilə deyil dollarla alınır.

Satıcıların sözlərinə görə, lirənin dəyəri aşağı düşməsinə baxmayaraq ordan gətirilən tekstil mallarını qiymətlərini aşağı endirmək onlara sərf etmir

Tekstildən fərqli olaraq isə lirənin ucuzlaşması mebel bazarında qiymətlərə təsir göstərməsi gözlənilir

Sahibkar fikrini belə əsaslandırır ki, Türkiyədə mebel istehsalı əsasən yerli xammal əsasında aparılır. Yəni Türkiyə mebel üçün xaricdən xammal almadığı üçün məhsulun maya dəyərində artım olmur. Türk şirkətləri yerli pərakəndə satışı lirə ilə aparıb qiymət artımına getməsə, bunun müqabilində ixrac əməliyyatlarında dollara üstünlük versə bu daxili bazarla xaricə çıxardığı məhsulun arasında kəskin qiymət fərqi yaradır. Bunun isə xarici ticarət tərəfdaşlarına məntiqli izahı yoxdur. Əgər türk höküməti ixraca görə gömrük rüsumunu dəyişməsə türk məhsulu olan mebellərin qiymətində ucuzlaşma gözləniləndir.
Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR