SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan iqtisadi, sosial və mədəni inkişafı ilə zirvələrə yüksəlir, ölkəmizin daha da güclənməsinə öz töhfəsini verir

7-07-2018, 13:53 | Oxunub: 7 469 |

Naxçıvan iqtisadi, sosial və mədəni inkişafı ilə zirvələrə yüksəlir, ölkəmizin daha da güclənməsinə öz töhfəsini verir
Həyata keçirilən mühüm sosial-iqtisadi islahatlar nəticəsində özünün yüksəliş dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasında ötən illər ərzində bütün sahələr üzrə mühüm nailiyyətlər əldə edilib, geniş quruculuq işləri aparılıb, şəhər, qəsəbə və kəndlər yenidən qurulub, əhalinin rifahı ilbəil yaxşılaşdırılıb.

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu strateji inkişaf siyasətinin uğurla davam etdirilməsi, gərgin, ardıcıl və səmərəli fəaliyyət, quruculuq əzmi qədim diyarımızı gülüstana çevirib. Görülən məqsədyönlü işlər nəticəsində bu gün Naxçıvan qədimliyi, mədəni zənginliyi, mühüm strateji əhəmiyyəti ilə yanaşı həm də böyük önəmə malik beynəlxalq tədbirlərin keçirildiyi inkişaf, sabitlik, mədəniyyətlərarası dialoq məkanı, informasiya mərkəzi kimi də şöhrət qazanıb.

İslama yüksək münasibəti özündə əks etdirən Naxçıvan modeli maraq doğurur

Qədim diyarımızda islami dəyərlərin dünyəviliklə vəhdətdə inkişaf etdirilməsi nəticəsində İslama münasibətin elmi və mədəni yanaşmaya əsaslanan Naxçıvan modeli formalaşıb. Ölkəmizdəki tolerantlıq və multikulturalizm mühitində bu modelin özünəməxsus yeri vardır. Məhz bu mənada Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması tolerantlığın, multikulturalizmin harmoniyasından yaranan, İslama yüksək münasibəti özündə əks etdirən Naxçıvan modelinin dünyaya təqdim edilməsinə geniş imkanlar açdı.

İyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin keçirilən növbəti iclasında bu istiqamətdə görülən işlər qeyd olunub, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirinə hazırlıq işləri müzakirə edilib, qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Əvvəlcə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı görülən işləri əks etdirən sərgiyə baxış olub. Təşkilat Komitəsinin iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov mötəbər tədbirə hazırlıqla bağlı tapşırıqlar verib. Ali Məclisin Sədri Naxçıvanda İslam dininə, onun dəyərlərinə və mahiyyətinə uyğun münasibətin formalaşdığını, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsinin isə bu qədim diyarın tanıdılması baxımından mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

İyunun 20-də Ali Məclisin Sədri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gələn xarici ölkələrin nümayəndələri ilə görüşüb.

Qonaqları Azərbaycanın müqəddəs torpağı Naxçıvan şəhərində salamlayan Ali Məclisin Sədri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsində təşəbbüsü olanlara təşəkkür edib. Qeyd olunub ki, 2009-cu ildən ötən dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və dəstəyi ilə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı işlər uğurla həyata keçirilib. Ötən dövrdə türk-islam mədəniyyəti abidələri bərpa olunub, İslam dini və onun dəyərləri ilə bağlı kitablar nəşr olunub. Həmçinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi və suvenirlər hazırlanıb, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları buraxılıb. Nuh Peyğəmbərin vətəni olan Naxçıvanın qədim tarixindən, burada dini dəyərlərin qorunub yaşadılması sahəsində görülən işlərdən və türk-islam mədəniyyətinin inkişafından danışan Ali Məclisin Sədri Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsinin əhəmiyyətini vurğulayıb.

Əbdüləziz Osman əl-Tuveycri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən hazırlanmış rəmzi loqonu Ali Məclisin Sədrinə təqdim edib.

Naxçıvanın İslam Mədəniyyətin Paytaxtı statusunu daşıması ölkəmiz və muxtar respublikamız üçün tarixi hadisə olmaqla yanaşı, həm də qədim diyarın bəşər sivilizasiyasına növbəti töhfəsi hesab edilir. Belə ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən həyata keçirilən bu layihə üzv dövlətlərin də birlikdə koordinasiyası çərçivəsində icra edilir və ən önəmli mədəni layihələri, sivilizasiya və bəşəri dəyərlərin İslama bağlılığını nümayiş etdirir. Mədəniyyət paytaxtlarının seçilməsi üçün konkret meyarlar vardır. Bu ada layiq məkanda elmi və mədəni infrastruktur – elmi mərkəzlər, mədəni-kütləvi tədbirləri təşkil edən təsisatlar, mükəmməl təhsil qurumları fəaliyyət göstərməli, şəhər qədimliklə müasirliyi özündə əks etdirməli, həmin diyar, xüsusilə, zəngin tarixə sahib olmalı, mədəni baxımından və eyni zamanda, İslam mədəniyyətinə, bəşəri və insani dəyərlərə töhfə verməlidir. Çünki bu layihənin məqsədi xalqlar arasında yaxınlaşmanı təmin etmək, tarixi yaddaşı dini həmrəyliklə insanlara qaytarmağa çalışmaq, keçmişlə müasir dövrün müsbət sintezini yaratmaqdır. Qədim sivilizasiyanın beşiyi olan Naxçıvan bunun üçün İslam dünyasının ən ideal məkanıdır.

Digər tərəfdən Naxçıvan İslam dünyasının ən müqəddəs torpaqlarından biri kimi, tarixən Yaxın və Orta Şərqin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, ideoloji baxışların formalaşmasında xüsusi rol oynayıb. Beş minillik şəhər mədəniyyətinə malik olan Naxçıvan tarixən təktanrıçılığın mərkəzlərindən biri olub. İslamaqədərki dövrdə burada yaşayan Azərbaycan türkləri dini etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Ona görə də yerli əhali İslam dinini 653-cü ildə könüllü qəbul edib, İslam mədəniyyəti güclü dövlətçilik, sülh və əmin-amanlığın mövcud olduğu qədim Naxçıvanda daha böyük inkişaf yolu keçib, böyük yaradıcı gücə malik olub. Bu diyar orta əsrlərdə İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilib. XV əsrdə tərtib edilmiş “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvanın adı qeyd edilib və yazılıb: “Naxçıvan İslamın ən güclü dayaqlarından biridir… Naxçıvan yaşayış məntəqəsi Allaha yaxınlığı ilə Azərbaycan üçün möcüzədir”. Tarixi mənbələrdən də aydın olur ki, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzlərindən biri kimi bölgənin həyatında, ümumi inkişafında, sivilizasiyalararası dialoqda, İslam dinin yayılmasında mühüm rol oynayıb. İyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbirində bu məqamlar xüsusilə qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar. Tədbir başlanmazdan əvvəl teatrın foyesində fotoqraf Hüseyn Bağırovun “Mənim Naxçıvanım” foto-sərgisinə baxış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Haçadağın fotoşəkilini İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə, Batabatın fotoşəklini isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinova hədiyyə edib.

Tədbirdə çıxış edən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Paytaxtı Naxçıvan şəhərində əlamətdar tarixi günlərin yaşandığını bildirərək iştirakçıları salamlayıb. Qeyd edib ki, İslam ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “İslam dini sülh, qardaşlıq və əməkdaşlıq dinidir… Bu, tarix boyu Azərbaycanda öz əməli ifadəsini tapmışdır”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dini-mənəvi dəyərlərimizin yaşadılmasına xüsusi diqqət yetirir və dünyaya dövlət-din münasibətlərinin tənzimlənməsi modelini təqdim edir. Ölkəmizdə mövcud olan dini dözümlülük və tolerantlıq, multikultural dəyərlər nümunə kimi götürülür.

Belə bir şəraitdə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi barədə qərarın qəbul olunması tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən yaxın və orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır.”

Ali Məclisin Sədri iştiraklarına görə qonaqlara təşəkkürünü bildirib, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” tədbirlərini açıq elan edib.

Həmin gün “Araz” Dövlət Qəbul Evində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından açılış tədbirində iştirak üçün Naxçıvana gəlmiş qonaqların şərəfinə rəsmi ziyafət verilib.

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gəlmiş xarici ölkələrin nümayəndələri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Naxçıvan Biznes Mərkəzində, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində və Duzdağ Fizioterapiya Mərkəzində olublar.

Bu gün inkişafı ilə regional cazibə mərkəzinə çevrilən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ölkəmizin uğurla aparılan xarici siyasəti və beynəlxalq əlaqələri çərçivəsində dünya dövlətləri ilə əlaqələrini genişləndirir. İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, iyunun 13-də isə Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leuka, iyunun 12-də Almaniyanın “BİOWORKS” şirkətinin icraçı direktoru Peter Kröner, iyunun 27-də isə Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze ilə görüşüb. Görüşlərdə iqtisadi-ticarət, kənd təsərrüfatı, sənaye, turizm, təhsil və digər sahələrlə bağlı maraq doğuran məsələlər müzakirə olunub.

İqtisadiyyatın davamlı inkişafını şərtləndirən bütün tədbirlər vaxtında həyata keçirilir

Muxtar respublikada iqtisadi inkişafın başlıca şərtlərindən və sosialyönümlü tədbirlərdən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması da bu sahədə görülən işlərin davamıdır.


İyunun 2-də Ali Məclisin Sədri Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması layihəsinə, tikinti işlərinə başlanması, mühəndis-texniki tələblərə əməl olunması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Bu gün muxtar respublikamızda aqrar sahə iqtisadiyyatının innovasiyayönümlü inkişafını təmin edən strategiya uğurla həyata keçirilir. Kənd təsərrüfatının inkişafını nəzərdə tutan dövlət proqramlarının həyata keçirilməsi, bu sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması Naxçıvanda əkinçiliyə marağın artmasına səbəb olub. Əkinçiliyin inkişafında başlıca şərtlərdən biri isə elmi-təcrübi fəaliyyətinin təkmilləşdirilməsi, maarifləndirmə işlərinə ciddi diqqət yetirilməsi, məhsuldar toxum sortlarından və mütərəqqi metodlardan istifadənin təşviqidir. Muxtar respublikamızda bu amil diqqətdə saxlanılır. “Kəhrəba” Fermer Təsərrüfatının yaradılması bu sahədə görülən işlərin davamıdır.

İyunun 12-də Ali Məclisin Sədri “Kəhrəba” Fermer Təsərrüfatının əkin sahələrinə baxıb, fermer təsərrüfatının təcrübə və maarifləndirmə istiqamətində fəaliyyətinin gücləndirilməsi, növbəli əkin qaydalarına əməl olunması, təsərrüfatda əsasən bostan-tərəvəz və dənli-paxlalı bitkilərin əkininə üstünlük verilməsi, bu zaman mütərəqqi suvarma və əkin metodlarından istifadə olunması, muxtar respublikada ixtisaslaşdırılmış yerli toxum sortlarına olan tələbatın ödənilməsi barədə müvafiq tapşırıqlar verib.

Sədaqət nümunəsi

Böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz liderimiz Heydər Əliyev bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Azərbaycanı üzləşdiyi bəlalardan xilas edib, müstəqilliyimizi qoruyub saxlayıb, sabitlik və sürətli sosial-iqtisadi inkişafın əsasını qoyub. Bu gün müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ulu öndərimizin yolu ilə inamla irəliləyir.

İyunun 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinin, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi dram əsəri əsasında hazırlanmış tamaşanın təqdimatı olub.

Ali Məclisin Sədri tədbirdə iştirak edib.

Tamaşadan sonra Ali Məclisin Sədri səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb, uğurlu tamaşaya görə kollektivə təşəkkürünü bildirib.


Hərbi kadr hazırlığı diqqət mərkəzindədir

Hərbi kadrların yetişdirilməsində mühüm rol oynayan, ən müasir sosial-məişət şəraitə və tədris bazasına malik olan Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey bu gün qazandığı uğurlarla diqqəti cəlb edir. 1998-ci ildə 56 kursantla fəaliyyətə başlayan hərbi liseydə bu gün 572 kursant təhsil alır. Builki məzunlar da nəzər alınmaqla ötən 20 ildə təhsil ocağını 3 minə yaxın kursant bitirib. Hazırda onlardan 1600-dən çoxu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir.

Torpaqlarımızın 20 faizdən çoxunun düşmən tapdağında olduğunu nəzərə alsaq, məktəbin ölkəmiz üçün necə böyük önəm daşıdığını daha aydın şəkildə görmək olar. Çünki Heydər Əliyev adına Hərbi Liseyin vətənpərvər, dövlətə sədaqətli gənclər yetişdirməkdə rolu əvəzsizdir.

İyunun 23-də Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 2018-ci il buraxılışı münasibəti ilə tədbir keçirilib.


Ali Məclisin Sədri tədbirdə iştirak edib, hərbi liseyin 20 illiyi və 18-ci buraxılışı münasibətilə kursant, zabit və müəllimləri, valideynləri və tədbir iştirakçılarını təbrik edərək deyib: “Tarixən Azərbaycan dövlətçiliyinin əsas mərkəzlərindən biri olan Naxçıvanda görkəmli siyasi və hərbi xadimlər yetişmişdir. Ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin bərpasına Naxçıvandan başlanıldığı kimi, milli ordu quruculuğuna da bu qədim diyardan başlanılmış, tarixi qərarlar qəbul edilmişdir. 20 il bundan əvvəl Ümummilli Liderimizin Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı yaradıldı. Ümummilli Liderimiz özü bu barədə deyirdi: “Sovet İttifaqı mövcud olan zaman yaratdığımız hərbiləşdirilmiş orta məktəb Azərbaycanın gələcəyinə baxış idi. Mən hələ sovet dövründə müstəqillik haqqında düşünüb hərbi məktəb yaratmışdım. İllər keçəcək, Naxçıvan filialı haqqında qəbul etdiyimiz qərarın da nə qədər vacib, əhəmiyyətli olduğu bir daha təsdiq olunacaqdır”.

Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.

Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı gücləndirilib, hərbi hissələri üçün yeni komplekslər istifadəyə verilib

İyunun 23-də – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.


Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibəti ilə əsgər və zabitləri, onların timsalında muxtar respublikadakı ordu, birləşmə və hissələrin bütün şəxsi heyətini təbrik edib. Ali Məclisin Sədri deyib: “Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində mühüm işlər görülür, müasir silah-sursatlar alınır, ordumuzun döyüş qabiliyyəti artırılır. Görülən işlərin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu hesab olunur. Naxçıvan Muxtar Respublikasında da Ümummilli Liderimizin ordu quruculuğu sahəsində başladığı işlər uğurla davam etdirilmiş, Müdafiə Komitəsindən Əlahiddə Ümumqoşun Orduya qədər böyük inkişaf yolu keçilmişdir. Bu gün muxtar respublikada torpaqlarımızı etibarlı müdafiə edən və işğal altında olan torpaqlarımızı azad etməyə qadir güclü ordu formalaşıb. Bütün bunlar asan başa gəlməyib. Şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, silah-sursat təminatı, əsgər və zabitlərin xidmət və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Hər il yeni yaşayış binaları tikilir, hərbi hissələr yenidən qurularaq istifadəyə verilir. Bu gün istifadəyə verilən hərbi hissə də muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin davamıdır”.

Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun daşınan kompleks rabitə stansiyasına və hava hücumundan müdafiə bölmələrinin idarəetmə məntəqəsinə də baxıb.

Həmin gün Naxçıvan şəhərində açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyi istifadəyə verilib. Ali Məclisin Sədri muzeydə yaradılan şəraitlə tanış olub.


İnsan amili ön plandadır

Muxtar respublikanın yaşayış məntəqələrində yeni içməli su və kanalizasiya sistemlərinin qurulması, əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təminatı diqqətdə saxlanılır. Bu sahədə görülən işlərin davamı olaraq Babək rayonunun Şəkərabad kəndində də içməli su və kanalizasiya şəbəkəsi qurulub. İyunun 29-da həmin şəbəkə istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri deyib: “Su və kanalizasiya sistemləri təmizlik və sağlamlıq deməkdir. Bu gün Şəkərabad kəndində içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi ilə yaxınlıqdakı hərbi hissə və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla 5 minə yaxın insan təmiz içməli su ilə təmin olunur, gigyenik qaydalar qorunur. Bütün bunlar isə Şəkərabad kəndində insanların rahat yaşayışına və sağlamlıqlarının qorunmasına hesablanmış tədbirlərdir. Bu işlər o ölkədə həyata keçirilir ki, həmin ölkədə sabitlik, inkişaf və dövlət-xalq birliyi vardır. Ölkəmizdə həyata keçirilən düzgün siyasi xətt, mövcud sabitlik və iqtisadi inkişaf yaşayış məntəqələrində bu layihələrin uğurla həyata keçirilməsinə imkan verir”.

Ali Məclisin Sədri Şəkərabad kəndinin içməli su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb.

Sakinlərlə söhbəti zamanı Ali Məclisin Sədri deyib ki, bu il Şəkərabadda kənddaxili avtomobil yolu da yenidən qurulacaq, asfalt örtük salınacaqdır. Sakinlər də aparılan abadlıq, quruculuq işlərində yaxından iştirak etməli, tikilənləri, qurulanları qorumalı, yaşıllıqların artırılmasına və torpaqların əkilməsinə diqqət yetirməlidirlər.

Çörək bol olarsa…

Muxtar respublikada taxılçılığın inkişafı sahəsində kompleks tədbirlər görülür. Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, keyfiyyətli toxum sortları və texnikalarla təminatı bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir. Cari ilin məhsulu üçün muxtar respublikada 32 min 483 hektar sahədə taxıl əkilib. Hazırda sahələrdə biçin aparılır.

İyunun 30-da Ali Məclisin Sədri Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb, muxtar respublikamızda taxılın vaxtında və itkisiz toplanılmasının vacibliyini vurğulayıb, müvafiq tapşırıq və tövsiyələr verib.


Taxıl biçini ilə tanışlıqdan sonra mexanizator və kombaynçılarla görüşən Ali Məclisin Sədri deyib: “Taxıl biçini müqəddəs və əhəmiyyətli işdir. Bu iş ona görə müqəddəsdir ki, çörəkdir. Əhəmiyyətlidir ona görə ki, muxtar respublikada əsas ərzaq məhsulu istehsal olunur. Bu il muxtar respublikada 30 min hektardan artıq sahədə taxıl əkilib. Taxıl biçini optimal müddətə – iyul ayının sonuna qədər başa çatdırılmalıdır. Bu günə qədər 9 min hektardan artıq taxıl sahəsi biçilib və hazırda biçin mütəşəkkil şəkildə davam etdirilir. Bunun da əsas səbəblərindən biri vaxtilə torpaq mülkiyyətçilərinin kombayn və digər texnikalarla təmin olunmasıdır. Hazırda muxtar respublika üzrə taxıl biçinində 95 kombayn iştirak edir ki, onun da 15-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, 80-i isə sahibkarlara məxsusdur. Həmçinin muxtar respublikaya yüksək iş əmsalına malik yeni kombaynlar da gətirilib. Onlar da bu sahə ilə məşğul olan, işinin öhdəsindən gələn, texnikalardan səmərəli istifadə edən sahibkarlara veriləcəkdir”.

“Muxtar respublikada bu gün taxıl istehsalının artırılması sahəsində görülən işlər sabah hər bir sakinin süfrəsinin bərəkətinə çevriləcəkdir”, – deyən Ali Məclisin Sədri muxtar respublika sakinləri adından taxıl biçinində iştirak edən mexanizator və kombaynçılara təşəkkür edib.

Sonra Ali Məclisin Sədri Kəngərli rayonunun Böyükdüz kəndi ərazisindəki 500 hektar torpaq sahəsinə baxıb, ərazidə layihələndirmə işlərinin aparılması və qapalı suvarma şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.


Azərbaycanın gücünün, qüdrətinin, beynəlxalq nüfuzunun Naxçıvan nümunəsi

Ölkəmizin, o cümlədən muxtar respublikamızın tarixinə mühüm əhəmiyyətə malik əlamətdar hadisələrin yazıldığı iyun ayı həm də dövlətimizin gücünü, qüdrətini, onun dünyada qazandığı böyük nüfuzu bir daha göstərdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad və bayram ayı ərəfəsində Naxçıvanda qazanılan tarixi Günnüt zəfəri ölkəmizin hərbi gücünü, qüdrətini bir daha təsdiq edirdisə, muxtar respublikamızda keçirilən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində dünyanın bir sıra dövlətlərinin, beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin, çoxsaylı diplomatların, elm, ictimaiyyət və mədəniyyət xadimlərinin iştirakı respublikamızın yüksək beynəlxalq nüfuza sahib olduğunu növbəti dəfə təsdiq etdi. Qədim diyarımızda ötən ayın ümumi mənzərəsinə nəzər yetirdikdə isə bir daha əmin oluruq ki, sürətli sosial-iqtisadi və yüksək mədəni inkişaf, milli ideologiyaya, milli dövlətçiliyə, mənəvi dəyərlərə sıx bağlılıq, güclü ordu quruculuğu və müxtəlif istiqamətlər üzrə bütün növ təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər muxtar respublikamızı bundan sonra da yeni-yeni zirvələrə yüksəldəcək. Naxçıvan özünün inkişafı, yüksək dəyərləri, sədaqət nümunəsi ilə Vətənimiz Azərbaycanın yüksəlişinin daim ön sıralarında yer alacaqdır.(şərqqapısı)

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR